25 Fevral 2021 09:36

Azərbaycanda ilk ödənişli yol istismara veriləcək – TARİX

“2022-ci ilin may ayına qədər Bakı-Quba yolunun ödənişli hissəsi istismara veriləcək”.

Turkustan.info xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələr” mövzusunda brifinqdə deyib.
“Bu, ilk beton yoldur və onun təmiri mərhələli şəkildə aparılıb. Artıq bu yolun bir hissəsinin təmiri başa çatdırılıb. Bakı-Quba yolunun 150 km-lik, ödənişli istifadə üçün nəzərdə tutulan hissəsinin bu ilin sonuna qədər tamamlanması mümkün olmayacaq. Onun gələn ilin mayına qədər təhvil verilməsi gözlənilir”, – o qeyd edib.    /Bakupost/

Paylaş: