25 Fevral 2021 09:18

Çindən böyük addım: 53 ölkəyə pulsuz vaksin

Çin verdiyi vədə uyğun olaraq 53 ölkəyə pulsuz vaksin çatdırır.

Turkustan.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.

“Çin peyvəndi qlobal istifadəyə çevirəcəyinə söz verən ilk ölkə olub. İndi də vaksini ehtiyacı olan 53 ölkəyə pulsuz verir və 22 ölkəyə isə ixrac edirik”, – Van Yi bildirib.

Çinli nazir imkanları olan digər ölkələrin də güclərini birləşdirəcəklərini və töhfə verəcəklərinə ümid etdiyini deyib.   /Axar.az/

Paylaş: