25 Fevral 2021 09:31

Conson elan etdi: Bu tarixdə karantin tamamilə ləğv olunur

İngiltərədə pandemiya ilə bağlı tətbiq olunan karantin rejimi tamamilə ləğv ediləcək.

Turkustan.info xəbər verir ki, bu barədə İngiltərə Baş naziri Boris Conson yol xəritəsini açıqlayıb.

Nazir deyib ki, yol xəritəsi 4 mərhələdən ibarət olacaq. İlk mərhələ martın 8-də, ikinci mərhələ ayın 29-da, üçüncü mərhələ aprelin 12-də başlayacaq və müəyyən sosial məhdudiyyətlər ləğv olunacaq. Son mərhələdə, yəni 21 iyunda isə bütün məhdudiyyətlər aradan qaldırılacaq.  /Axar.az/

Paylaş: