26 Fevral 2021 10:43

İnsanlar gələn il də maska taxacaq – Fauçi

ABŞ-ın baş infeksionisti Entoni Fauçi insanların yalnız cari ildə deyil, gələn il də koronavirusdan qorunmaq üçün əsas profilaktik tədbir kimi tibbi maskalardan istifadə edəcəyini istisna etməyib.

Turkustan.info xəbər verir ki, o, bu barədə CNN-in efirində danışıb.

“Hesab edirəm ki, bu mümkündür”, – o qeyd edib.

Fauçinin sözlərinə görə, maska rejimi yalnız yoluxanların sayının nəzərəçarpacaq dərəcədə azalmasından və əhalinin böyük əksəriyyətinin peyvənd olunmasından sonra ləğv oluna bilər.  /Axar.az/

Paylaş: