Tərtərdə daha bir mülki şəxs minaya düşdü

Tərtərdə daha bir mülki şəxs minaya düşdü

Bu gün Tərtərin Borsunlu kəndi ərazisində minaya düşən kənd sakini 45 yaşlı Verdiyev Niyaməddin Hikmət oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanın həkim travmatoloqu Hafiz Əliyev Trend-ə bildirib ki, zərərçəkənin vəziyyəti orta ağırdır:

“O, hər iki aşağı ətrafların kor qəlpə yarası diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Sağ aşağı ətrafın, baldırın, orta üçdə-bir hissəsinin travmatik amputasiyası həyata keçirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir. Əməliyyata götürülür”.

Qeyd edək ki, sözügedən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma başlanıb.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al