25 Fevral 2021 09:32

Türkiyə PUA-ları bu dəfə DƏNİZDƏ SINAYACAQ

Türkiyənin Hərbi Dəniz Qüvvələri fevralın 25-dən martın 7-dək “Mavi Vətən – 2021” adlı dəniz təlimləri keçirəcək.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, təlimlər ölkənin Egey və Aralıq dənizləri akvatoriyasında baş tutacaq. Təlimlərdə Hərbi Dəniz Qüvvələri ilə yanaşı Quru Qoşunları və Hərbi Hava Qüvvələri də iştirak edəcək.

Bundan başqa, pilotsuz uçan aparatları da dəniz şəraitində sınanacaq.   /Publika.az/

Paylaş: