Əhməd Cəfəroğlunun dünyagörüşündə azərbaycançılıq, istiqlalçılıq və maarifçilik

Əhməd Cəfəroğlunun dünyagörüşündə azərbaycançılıq, istiqlalçılıq və maarifçilik

 

 

 

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin  maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

V Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Azər­bay­can ali­mi he­sab edir­di ki, 27 ap­rel­də  bö­yük Türk dün­ya­sı­nın kök­sün­də hür­riy­yət bay­ra­ğı­nı qal­dı­ran bir türk öl­kə­si­nin oca­ğı sön­müş, Azər­bay­can qır­mı­zı rus­lar tə­rə­fin­dən iş­ğal edil­miş­di. Bu­nun mü­qa­bi­lin­də isə mil­li bay­ra­ğı eni­lən, ye­rin­də azad Türk cüm­hu­riy­yət­lə­ri və­tən­daş­la­rı­nın qa­nu­na bo­yan­mış “oraq-çə­kic­li” bay­ra­ğın dal­ğa­lan­dı­ğı bol­şe­vik is­ti­la­sı­na uğ­ra­mış Azər­bay­can­da, rus əsa­rə­ti­ni mədh edən nitq­lər söy­lə­ni­lir və şən­lik­lər ke­çi­ri­lir: “Bö­yük rus is­tib­da­dı­na sa­tıl­mış ki­çik bir Azə­ri tör-tö­kün­tü­sü də bu rus şən­lik­lə­rin­də ana yurd­la­rı­nın is­ti­la­çı­ya təs­lim edil­mə­si­nin mü­ka­fa­tı­nı alır­lar. Mil­li prin­sip­lər və mil­li var­lıq bun­lar üçün baş­dan-ba­şa sax­ta və ri­ya­kar bir ya­lan­dan iabrət­dir. Bun­la­rın nə­zə­rin­də hə­qi­qi vic­dan xalq­la­rın mil­li şə­rəf və na­mu­su­nu tap­da­la­maq, mü­qəd­dəs və əziz ruh­la­rı təh­qir et­mək­dir. Ki­çik bir tör-tö­kün­tü­dən iba­rət olan və qır­mı­zı rus­la­rın qan­lı xən­cə­ri­nin köl­gə­sin­də giz­lə­nən bu qa­ra­gu­ruh, nə­ha­yət ki, ya­xın za­man­lar­da türk öl­kə­lə­rin­də öz in­hi­sar­la­rı­na da­ha yer qal­ma­dı­ğı­nı gö­rə­rək, şə­rəf­siz ölüm­lə­ri­nin gün­bə­gün ya­xın­laş­dı­ğı­nı öz­lə­ri ba­şa dü­şə­cək­lər. Çün­ki haqq və is­tiq­lal eş­qi, is­tiq­bal və mil­liy­yət da­va­sı kö­nül­lər­də yer tap­dı­ğı bir za­man­da nə qır­mı­zı xən­cər, nə də bo­ğaz­dan yu­xa­rı şən­lik­lər kim­sə­ni qor­xut­mur”.[1]

Cə­fə­roğ­lu ya­zır­dı ki, Azər­bay­can türk­lə­ri­nin iz­zə­ti-nəf­si­nə en­di­ri­lən vic­dan­sız zər­bə­ni bir da­ha göz önü­nə gə­tir­mək­lə ya­na­şı, bu­nun be­lə da­vam et­mə­yə­cə­yi ina­mı­nı da ya­şat­maq la­zım­dır. Ona gö­rə də, hər bir azər­bay­can­lı Azər­bay­can Mil­li Məf­ku­rə­si­nin nə qə­dər uca amal ol­du­ğu­nu bir da­ha təq­dir edir və is­tiq­lal şə­fə­qi­nin ar­tıq dan ye­rin­dən sö­kül­mək­də ol­du­ğu­nu se­zir. Bu ba­xım­dan is­tiq­lal da­va­sı azə­ri türk­lə­ri­nin ta­le­yi və ya­şam prin­si­pi­dir. Cə­fə­roğ­lu ya­zır­dı: “İs­tiq­la­lın ma­ya­sı və mən­bə­yi uzun il­lər­dən bə­ri türk el­lə­ri­ni əsa­rət atı­na ala­raq türk ru­hu­nu ağ­rı-acı­lar­la in­lə­dən rus­lar­da de­yil, “Tan­rım, mə­ni is­tiq­la­la qo­vuş­dur!” – de­yən və onu mil­li dua ki­mi hər gün tək­rar­la­yan türk­lə­rin əlin­də və di­lin­də­dir. Bu­na gö­rə də düş­mən cay­na­ğın­da qa­lan sev­gi­li türk Azər­bay­ca­nı­nın qur­tu­lu­şu əsa­rə­tə bo­yun əy­mə­yən və is­tiq­lal üçün qan tök­mə­yi şə­rəf bi­lən hər bir türk öl­kə­si­nin sus­ma­yan vic­dan qay­na­ğı­dır”. [2] O ya­zır­dı ki, dil, mə­də­niy­yət, mil­li mən­lik, əx­laq və s. eti­ba­ri ilə türk­lü­yə tam yad olan qüv­və­nin il­lər­dən bə­ri vur­du­ğu zər­bə­lər yal­nız bir məq­sə­də və bir hə­də­fə yö­nəl­dil­miş­dir: “Azər­bay­ca­nı türk­süz qoy­maq, is­tiq­lal və mil­liy­yət ru­hu­nu kö­kün­dən qo­pa­rıb at­maq! Bu isə bir da­ha onu gös­tə­rir ki, Azə­ri türk­lə­ri is­tiq­la­la la­yiq, hürr ya­şa­ma­ğa ha­zır, ye­tiş­miş bir mil­lət­dir. On üç il­dən bə­ri rus­la­rın is­tis­ma­rı­na və təz­yiq­lə­ri­nə qar­şı apa­rı­lan inad­lı çar­pış­ma­lar, axı­dı­lan qan­lar, da­xil­də və xa­ric­də ucal­dı­lan mü­ba­ri­zə sə­da­la­rı məhz bu yet­kin mil­lə­tin is­tiq­lal­dan dön­mə­yə­cək əz­mə və mil­li var­lı­ğa ma­lik ol­ma­sı­nın gös­tə­ri­ci­si­dir”.[3]

O qeyd edir­di ki, Tür­ki­yə­yə yar­dım gös­tər­mək, mil­li is­tiq­la­lın tam şə­kil­də tə­min olun­ma­sı­na kö­mək et­mək adı ilə mas­ka­­la­nan bol­şe­vik­lər Azər­bay­ca­nın is­tiq­la­lı­na son qo­ya­raq, keç­miş çar Ru­si­ya­sı­nın sər­həd­lə­ri­ni bər­pa et­mək niy­yə­ti güd­müş­dü. Bu məq­səd­lə mil­li or­du bu­ra­xıl­dı, mil­li mü­əs­si­sə­lər ləğv olun­du, türk mə­mur­la­rı­nın ye­ri­nə er­mə­ni və rus­lar gə­ti­ril­di: “Bir söz­lə, əs­ki mil­li Cüm­hu­riy­yə­tin is­tiq­lal ru­hu şər qüv­və ki­mi Azər­bay­can­dan çı­xa­rıl­dı. Bu ru­hun da­şı­yı­cı­la­rı olan mil­li Azə­ri zi­ya­lı­la­rı isə is­tis­na­­sız şə­kil­də məhv edil­di. On­lar­dan yal­nız az bir qis­mi xa­ri­ci mü­ha­ci­rə­tə yol­lan­maq­la hə­yat­la­rı­nı qo­ru­ya bil­di­lər. Qı­sa za­man ər­zin­də Azər­bay­can Azə­ri­siz qal­dı, öl­kə­nin hə­qi­qi sa­hib­lə­ri­nin ye­ri­nə isə kom­mu­na adı ilə rus­lar, in­ter­na­sio­na­list­lər və bol­şe­vik li­ba­sı­na bü­rün­müş “va­hid Ru­si­ya” ide­ya­sı tə­rəf­dar­la­rı do­luş­du­lar”.[4]

Azər­bay­can­da bun­dan son­ra azər­bay­can­lı­la­rın qo­naq, rus­la­rın isə hə­qi­qi “ev sa­hi­bi” ol­du­ğu­nu qeyd edən Cə­fə­roğ­lu ya­zır ki, ar­tıq rus­la­ra yad və ya­ban­çı gö­rü­nən mil­li türk is­tiq­la­lı ye­ri­nə rus qo­xu­lu mü­jik ru­hu Azər­bay­ca­nı iş­ğal et­miş­di: “Tür­kə öl­kə­sin­dən kö­çüb get­mək, ru­sa isə gə­lib bu­ra­da yer­ləş­mək və hər şe­yə sa­hib ol­maq ça­ğı­rı­şı edil­di. Azər­bay­can baş­dan-ba­şa qır­mı­zı bay­raq­lar­la bə­zə­dil­di, əha­li isə qor­xu və təh­did­lə sus­du­ru­la­raq lal­lı­ğa məh­kum olun­du. Okt­yabr di­li “zə­fər di­li” elan edil­di. Hər şey də­yiş­di­ril­di. Mil­li is­tiq­lal ru­hu ilə ya­şa­yan mil­lət Azər­bay­can uğ­run­da mü­ba­ri­zə­dən kə­nar­laş­dı­rıl­dı”. [5] Be­lə­lik­lə,  “türk­süz Azər­bay­can” ya­ra­dıl­ma­sı üçün əha­li yurd-yu­va­sın­dan çı­xa­rıl­dı. Cə­fə­roğ­lu ya­zır: “İs­tək­lə­rin­dən uzaq düş­mək is­tə­mə­yən­lər qür­bət el­lə­rə ya­yıl­dı­lar. Mil­lə­ti­nin, mil­liy­yə­ti­nin adı üzə­rin­dən gö­tü­rül­dü. Sən mən­lik­siz, ça­hib­siz, Türk­süz bu­ra­xıl­dın”.[6] Onun fik­rin­cə, la­kin Türk ye­ni­lər, am­ma öl­məz: “Onun var­lı­ğı baş­lan­ğıc­sız və son­suz­dur. Bu bö­yük var­lıq hər za­man mü­qəd­dəs ol­muş və mü­qəd­dəs qa­la­caq­dır. Tür­kün yur­du türk ta­ri­xin­də bir çox 27 ni­san­lar ya­şa­mış, la­kin heç vaxt idea­lı­nı qeyb et­mə­miş, is­tiq­la­liy­yə­ti­ni unut­ma­mış­dır”.[7]

Ye­ri gəl­miş­kən, hə­lə də sı­ra­lar­mız­da Azər­bay­ca­nın şi­ma­lı­nın çar Ru­si­ya­sı tə­rə­fin­dən iş­ğa­lı­na haqq qa­zan­dı­ran­lar­la ya­na­şı, ey­ni aqi­bə­tə uğ­ra­mış Azər­bay­can Cüm­hu­riy­yə­ti­nin fa­ciə­vi ta­le­yi­nə müs­bət don ge­yin­dir­mək is­tə­yən­lər də ta­pı­lır. Bə­zi­lə­ri id­dia edir­lər ki, Azər­bay­can Cüm­hu­riy­yə­ti­nin So­vet  Ru­si­ya­sı tə­rə­fin­dən iş­ğa­lı mən­fi hal ol­sa da, So­vet­lər Bir­li­yi döv­rün­də So­vet Azər­bay­ca­nı han­sı­sa uğur­lar əl­də et­miş­dir. Bu fi­kir­lə mü­əy­yən mə­na­da ra­zı­laş­maq­la ya­na­şı, he­sab edi­rik ki, Azər­bay­can-türk mil­lə­ti han­sı ad­la ad­lan­ma­sın­dan (ça­rizm, bol­şe­vizm) as­lı ol­ma­ya­raq heç vaxt rus müs­təm­lə­kə­si ilə ra­zı­laş­ma­mış, onun adət-ənə­nə­lə­ri­ni, mə­də­­niy­­yə­ti­ni, di­li­ni və mil­li kim­li­yi­ni as­si­mil­ya­si­ya et­mə­yə ça­lı­şan, var-döv­lə­ti­ni mə­nim­sə­yən müs­təm­lə­kə­çi­lə­rə qar­şıı bü­tün sa­hə­lər­də dai­ma mü­ba­ri­zə apar­mış­dır. Bu mü­ba­ri­zə ça­riz­min və bol­şe­viz­min ən çox tüğ­yan et­di­yi za­man­lar­da be­lə özü­nü bü­ru­zə ver­miş­dir.

Cə­fə­roğ­lu iki öl­kə ara­sın­da­kı bir­li­yin ma­hiy­­yə­ti­ni gös­tər­mək üçün ya­zır­dı ki, Tür­ki­yə və Azər­bay­can ta­ri­xən iki qar­daş və doğ­ma öl­kə­lər ki­mi bir-bi­ri­nə bağ­lı ol­muş, bu bağ­lı­lıq 20-ci əs­rin əv­vəl­lə­rin­də özü­nü bir da­ha bü­ru­zə ver­miş­dir. Be­lə ki, Ana­do­lu türk­lə­ri dar ayaq­da olan­da Azər­bay­can türk­lə­ri on­la­rın, Azər­bay­can türk­lə­ri dar ayaq­da olan­da isə Ana­do­lu türk­lə­ri on­la­rın da­ya­ğı ol­muş­dur. 1-ci Dün­ya mü­ha­ri­bə­sin­də rus­la­ra əsir dü­şən Ana­do­lu türk əs­gər­lə­ri­nə yar­dım edən, ey­ni za­man­da Ça­naq­qa­la­da on­lar­la bir yer­də türk düş­mən­lə­ri­nə qar­şı sa­va­şan Azər­bay­can türk­lə­ri ol­muş­dur: “Bir çox hər­bi əsir­lər rus zin­dan­la­rın­dan qa­çı­rıl­mış, on­la­rın tək­rar və­tən­lə­ri­nə dön­mə­lə­ri­nə yar­dım edil­miş­dir. Bu ağır vaxt­da Azər­bay­can san­ki öz dər­di­ni – rus is­ti­la­sı­nı unu­da­raq yal­nız Ana­do­lu­nu dü­şün­müş və bu is­ti­qa­mət­də əmə­li iş­lər gör­müş­dü. Əvə­zin­də 1918-ci il­də Azər­bay­can Cüm­hu­riy­yə­ti qu­rul­du­ğu za­man Ana­do­lu­dan gə­lən Tür­ki­yə or­du­su is­tiq­lal tə­mə­li­nin qo­yul­ma­sın­da mü­hüm rol oy­na­mış­dı. Os­man­lı im­pe­ra­tor­lu­ğu­nun sü­qu­tu ilə ana və­tə­nin ba­şı üzə­rin­də­ki qa­ra bu­lud­la­rın sıx­laş­ma­sı­na, əc­nə­bi mü­da­xi­­lə­nin şid­də­tə­lən­mə­si­nə bax­ma­ya­raq Ana­do­lu­dan olan qar­daş­­lar­­ı­mız Şərq­də­ki ilk Türk Cüm­hu­riy­yə­ti­nə sev­gi­lə­ri­ni qan­la­rı ilə ödə­di­lər. Os­man­lı isə bir im­pe­ra­tor­luq və xi­la­fət ol­sa da, ilk Türk Cüm­­hu­riy­yə­ti­nə mü­na­si­bət­də şə­rəf­li möv­qe­yi­ni so­na qə­dər mü­ha­fi­zə et­di”.[8] Bü­tün bun­lar­la ya­na­şı, o ya­zır­dı ki, ta­rix iki doğ­ma qar­da­şa tam zidd is­tiq­lal yol­la­rı cız­mış­dır. Bi­ri­nin səa­dət ili o bi­ri­nin fə­la­kə­ti ol­­muş­du: “Azər­bay­can doğ­muş Os­man­lı im­pe­ra­tor­­lu­ğu qü­rub et­miş­di, Tür­ki­yə Cüm­hu­riy­yə­ti hə­yat səh­nə­si­nə gəl­miş, Azər­bay­can tür­kü­nün İs­tiq­la­liy­yə­ti əlin­dən alın­mış­dı. Ümid edək ki, mil­li şüu­ru oya­nan və bu acı ta­ri­xi da­dan ye­ni türk nəs­li çox ya­xın za­man­da bu iki qar­daş öl­kə­ni hə­qi­qi türk ta­ri­xi yo­lu­na çı­xa­ra­caq və hə­lə də ev­lər­də giz­li qa­lan mil­li Azər­bay­can bay­ra­ğı­nın aş­kar­da dal­ğan­lan­ma­sı­nı tə­min edə­cək­dir”. [9]

Cə­fə­roğ­lu­nun “Qaf­qaz bir­li­yi” ide­ya­sı­na qar­şı ol­ma­dı­ğı da hiss olu­nur. O ya­zır ki, be­lə bir­lik ide­ya­sı hə­lə 1919-1920-ci il­lər­də ol­muş, hət­ta Gür­cüs­tan, Azər­bay­can və Da­ğıs­tan ki­mi mil­li cüm­hu­riy­yət­lər De­ni­kin təh­lü­kə­si­nə qar­şı si­ya­si-hər­bi bir­lik ya­rat­mış­lar. Be­lə bir­li­yin müa­cir­lər ara­sın­da da ol­ma­sı­nı rəğ­bət­lə qar­şı­la­yan Cə­fə­roğ­lu qeyd edir­di ki, Azər­bay­can Cüm­hu­riy­yə­ti­nin ye­ni­dən ta­rix səh­nə­si­nə qa­yıt­ma­sı üçün be­lə bir­li­yin ol­ma­sı va­cib­dir. [10]

Ümu­miy­yət­lə, Cə­fə­roğ­lu­nun dün­ya­gö­rü­şü mü­ha­cir Azər­bay­can ədə­bi-mə­də­ni və fəl­sə­fi mü­hi­ti­ni öy­rən­mək ba­xı­mın­dan çox önəm­li­dir. Onun ya­ra­dı­cı­lı­ğın­da mil­li ədə­biy­yat, mil­li is­tiq­lal, di­ni-fəl­sə­fi mə­sə­lə­­lər çox zən­gin­dir. Cə­fə­roğ­lu­nun ir­si­ni təd­qiq edər­kən qar­şı­laş­dı­ğı­mız ən ma­raq­lı mə­qam­lar­dan bi­ri də onun mil­li tə­əs­süb­keş­li­yi­dir. Bir qə­dər də də­qiq­ləş­dir­sək, Cə­fə­roğ­lu da men­ta­li­te­tə aid xü­su­siy­­yət­lər onun bü­tün əsər­lə­rin­də özü­nü bü­ru­zə ve­rir. Hər hal­da, Cə­fər­­oğ­lu­­nun ədə­bi-mə­də­ni və fəl­sə­fi ir­si ça­ğı­mız­da öy­rə­nil­mə­si və da­ha də­rin təd­qi­qat­la­ra eh­ti­yac du­ya­lan el­mi mə­sə­lə­lər­dən bi­ri­dir. Xü­su­si­lə, Azər­bay­can Mil­li İde­ya­sı­nın mü­ha­ci­rət­də­ki döv­rü­nü öy­rən­mək ba­xı­mın­dan Cə­fə­roğ­lu ir­si­nə mü­ra­ci­ət et­mək zə­ru­ri­dir.

 

 

[1] Cəfəroğlu Əhməd. Seçilmiş əsərləri. Bakı, Mütərcim, 2008, s.351

[2] Yenə orada, s.351

[3] Yenə orada, s.351-352

[4] Yenə orada, s.352

[5] Yenə orada, s.353

[6] Yenə orada, s.355

[7] Yenə orada, s.355

[8] Yenə orada, s.366

[9] Yenə orada, s.358

[10] Yenə orada, s.380-381

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle