Bu həbs Tiflisi silkələyir: ABŞ dərhal reaksiya verdi

Bu həbs Tiflisi silkələyir: ABŞ dərhal reaksiya verdi

Gürcüstan müxalifətinin liderinin həbsi ABŞ-da ciddi narahatlıq yaradır.

Turkustan.info xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində amerikalı konqresmen Adam Kinzinqer paylaşıb.

“Gürcüstan hakimiyyətinin addımı narahatlıq yaradır. Bu çətin situasiyadan çıxmaq üçün hökuməti dramatik fəaliyyəti dayandırmağa çağırıram. Biz hamımız sizi izləyirik”, – deyə o bildirib.

ABŞ Prezidentinin xarici siyasət üzrə müşavirlərindən biri Maykl Karpenter isə baş verən hadisəni təəssüflə qarşıladıqlarını və vəziyyətin deeskalasiyasına ümid etdiklərini söyləyib.

Bu arada, Vahid Milli Hərəkat Partiyasının ofisi qarşısında 10-a yaxın insanın saxlanıldığı bəlli olub. Onların polisə müqavimətə görə saxlanıldığı bildirilib.

Gürcüstan mətbuatı isə Meliyanın həbsindən öncə etdiyi müraciəti yayıb. Meliya saxlanılmasının İvanişvili rejimi üçün son olacağını bildirib:

“Bu, böyük qələbənin başlanğıcıdır. Gürcüstanın heç bir vətəndaşı Qavrilova görə saxlanılmamalıdır. Onlar istəyirlər ki, sabah Qavrilov yenidən gəlsə, heç kim etiraz etməsin. Bu, bizim üçün fəxri mübarizədir. Rejimlər belə bitir. Onlar xüsusi təyinatlılardan vətəndaşlara qarşı istifadə etməklə, hakimiyyəti saxlaya bilməyəcəklər. Bizim sayımız çox olacaq”.

Qeyd edək ki, Meliya az öncə Gürcüstan xüsusi təyinatlılarının əməliyyatı ilə saxlanılıb.  /Axar.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle