Hər 6 aydan bir peyvənd? – “Yeni ştammlar yeni virus deməkdir, ona görə də…”

Hər 6 aydan bir peyvənd? – “Yeni ştammlar yeni virus deməkdir, ona görə də…”

Mütəxəssislər deyir ki, Azərbaycan tərəfindən də satın alınan və COVID-19-dan qorunmaq üçün istifadə olunan Çinin “CoronaVac” peyvəndi Britaniya və Cənubi Afrika ştammlarna qarşı da effektlidir.

Bəzi ekspertlər isə düşünür ki, ilkin peyvəndlənmədən 6 ay sonra yenidən vaksinasiya olunmaq lazımdır. Bu da il ərzində 2 dəfə peyvənd vurdurmaq lazım olduğunu göstərir. Araşdırmalar isə göstərir ki, əksər peyvəndlər ən azı 10 il öz təsirini saxlayır, bir qrupu isə hətta ömürlük olur.

Təbii ki, peyvəndin təsir müddətinina zlığı dövlətlərin qiitsadi imkanlarına da təsirsiz qalmır. Çünki əksər ölkələrdə peyvənd dövlət hesabına, yəni pulsuz vurulur və orta hesabla 2 doza peyvənd 50-60 dollara başa gəlir.

Koronavirusun peyda olan yeni ştammları da bu məsələdə çaşqınlıq yaradır. Bəs insanlar nə etməlidir, koronavirus əleyhinə 2 dəfə, yeni ştammlara görə də ayrıca peyvənd vurulmalıdır?

Bu barədə Cebhe.info-ya açıqlamasında həkim-terapevt Rasif Bağırov bildirir ki, əgər virus öldürmürsə, peyvəndə ehtiyac yoxdur:

“İndiki virus əleyhinə vaksinin istifadə olunması nəticəsində yaranan immunitetin minimum 10 il ərzində qalıcı olması nəzərdə tutulur. Yeni ştammlar isə yeni virus deməkdir. Bu da o deməkdir ki, onlara başqa vaksin, başqa müalicə tətbiq olunmalıdır. Məsələn, qripin nə qədər növü var. O növlər üçün spesifik yalnız bir vaksin hazırlanmır. Çünki hamısının molekul quruluşu, təsir mexanizmi tamamilə fərqlidir. Bütün qrip növləri də qısa bir müddətdə keçib getdiyi üçün xüsusi vaksin hazırlanmır. Koronovirusun fərqi odur ki, o insanın həyatını məhv edir, öldürür. Bu vaksini də hazırlamağa ona görə məcbur oldular. Bir faktı da deyim. Məsələn, yeni yaranan İngiltərə ştammından ölüm faktı qeydə alınmayıb. Bu səbəbdən ona yeni vaksin hazırlamağa ehtiyac yoxdur. Hansı növ ki, öldürücüdür, daha təhlükəlidir, ona qarşı vaksin hazırlayırlar”.

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle