Kanada Federal Parlamenti Çinin Uyğur Türklərinə qarşı siyasətini soyqırımı olaraq xarakterizə edən qanunu təsdiqləyib.
Turkustan.info xəbər verir ki, Vellinqton millət vəkili Maykl Çonq tərəfindən plenar iclasa təqdim edilən “Çində Dini Azlıqlar” adlı qanun layihəsinə parlamentin iclasında səs verilib. Səsverməyə 184-ü müstəqil və müxalifət partiyalarından, 82-si hakim Liberal Partiyadan olmaqla cəmi 266 millət vəkili qatılıb. İştirak edən bütün millət vəkilləri qanun layihəsinə müsbət səs verib.
Qeyd edək ki, Kanada Federal Parlamentində səsverməyə iqtidar Liberal Partiyasından 72 millət vəkili qatılmayıb. (yenisabah.az)