Qənirə Paşayeva qəhrəman şəhidimiz Rasim Məmmədovun ailə üzvləri ilə görüşüb

Qənirə Paşayeva qəhrəman şəhidimiz Rasim Məmmədovun ailə üzvləri ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin mayoru, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş, “Vətən Uğrunda” medalı ilə təltif edilmiş Rasim Əbdül oğlu Məmmədovun (20.05.1977, Cəhri, Babək – 04.04.2016) ailə üzvlərini Milli Məclisdə qəbul edib.
Şəhid mayorun atasının 90-cı illərdə Vətən uğrunda döyüşlərdə fədakarlıqla iştirak etdiyini, ağır xəsarət aldığını və ömrünün sonunadək səhhətindəki problemlərdən əziyyət çəkdiyini vurğulayan Q.Paşayeva, şəhid mayorun öz atasının döyüş və şücaət yolunu layiqincə davam etdirdiyini minnətdarlıqla vurğulayıb və ailənin qayğıları ilə maraqlanıb.
Q.Paşayeva 44 günlük Vətən Müharibəsindəki tarixi qələbənin Rasim Məmmədov və silahdaşlarının, bütün şəhidlərimizin ruhunu şad etdiyini deyib: “Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycan tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, sizə təşəkkürümüzü bildirirəm”!
MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimizin övladlarına təhsillərində uğurlar diləyib və onlara xatirə hədiyyələri təqdim edib.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle