25 Fevral 2021 09:29

Qarabağ müharibəsi Avropanı hərəkətə keçirdi – Külli miqdarda vəsait ayrılır

Türkiyənin istehsal etdiyi İHA və SİHA-ların müharibələrdə göstərdiyi nəticələr Avropa Birliyini hərəkətə keçirib.

Turkustan.info BBC-yə istinadən xəbər verir ki, Avropa Birliyi mülki və hərbi pilotsuz uçuş aparatlarının imkanlarının artırılması üçün maddi qaynaq axtarışındadır. Məlumata görə, Avropa Birliyi müdafiə, kosmik və digər sahələr üçün əhəmiyyət kəsb edən uçuş aparatlarının ərsəyə gətirilməsi üçün külli miqdarda vəsait ayırmaq niyyətindədir. Artıq məsələ ilə bağlı hesabat hazırlanıb.

Bununla bağlı irimiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulub.   /Metbuat.az/

Paylaş: