Sahil boyu düzülən tarixi binalar, romantik mühit, bir fincan çay… – Günel Yaz İstanbulun incisi BOĞAZDAN YAZIR…

Sahil boyu düzülən tarixi binalar, romantik mühit, bir fincan çay… – Günel Yaz İstanbulun incisi BOĞAZDAN YAZIR…

Dünyanın dörd bir yanından Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi və “Safe Tourism” layihəsi daxilində Türkiyəyə üz tutan turistlər içərisində azərbaycanlı jurnalistlərin arasında mən də iştirak edirdim.

“Safe Tourism” proqramı vasitəsilə İstanbulun həm tarixi, həm də turistik yerlərini görməklə yanaşı, koronavirus pandemiyası əleyhinə ölkədə görülən tədbirləri yaxından görmək və araşdırmaq fürsəti tapdım. Üç günlük səfərimdə əfsanəvi şəhər olan İstanbulun gözdə və tarixi məkanlarını, abidələrini, məscidlərini ziyarət etməyi planlaşdırmışdım.

Açıklama yok.

Və təbii ki, Disneyin cizgi filmlərindəki nağıllar aləminə bənzəyən İstanbul boğazına getmək də planlarımın içərisində idi…

Və nədənsə, boğaza jurnalist həmkarlarımla deyil, tək getmək istəyirdim… İstanbulun şıltaq havası demək olar ki, bu istəyimin də gerçəkləşməsinə şərait yaratdı. Qarlı, soyuq hava bir günlük proqramımızı təxirə salmışdı. Artıq sərbəst idik. Mən də fürsətdən istifadə edib üz tutdum sahilə tərəf. Xoşbəxtlikdən, qaldığımız otel təşkilatçılar tərəfindən o qədər möhtəşəm bir yerdə seçilmişdi ki, boğaz mənzərəsindən tam zövq almaq imkanımız vardı…

Açıklama yok.

Yollar artıq yavaş-yavaş buz bağlayırdı. Heç tanımadığım küçələrdə gəzmək, divarlara yazılan maraqlı yazıları oxuyaraq arzuladığın mənzərəyə addım-addım yaxınlaşmaq mənə xoş təsir bağışlayırdı. Artıq küçənin bitməsinə az qalıb, bilirdim ki, bu uzun yol aydınlığa açılacaq. Möhtəşəm mənzərə məni gözləyirdi. Mənimlə bərabər turistlər də boğazın mənzərəsini görməyə gəlirdilər…

İstanbul ilin istənilən vaxtında gözəldir. Lakin qışda isə qar örtüyü evlərin damlarına, ağaclara hətta yol boyu düzülən işıq dirəklərinə belə xüsusi cazibə verir. Sahildəki mənzərəni isə söz ilə ifadə etmək mümkün deyil. Bu vaxtı bütün şəhər böyük bir nağıl dekorasiyasına bənzəyir: Sanki şəhər sehrli çubuqla “Disney”in cizgi filmlərindəki aləmə çevrilib. Bu nağıllar aləminə düşmək üçünsə mütləqdir ki, İstanbula səfər edəsiniz.

Açıklama yok.

Qar bu qədimi şəhərə xüsusi bir cazibə verir və siz qışda İstanbulun küçələri və meydanları boyunca saatlarla dolaşa, müzeylərə gedə, tarixi binaları doyunca seyr edə bilərsiz. Bəlkə də İstanbul küçələrində şəhərin ecazkar görünüşünün təsirində özünəməxsus dadı olan isti türk çayından daha cox həzz alacaqsınız. Boğazdakı bir çox tarixi binalar isə marağınıza səbəb olacaq.

Boğazda gördüyünüz və foto çəkə biləcəyiniz bir çox tarixi bina var: Qız qalası, Çırağan Sarayı, Dolmabahçe Sarayı, Ortaköy Məscidi, Anadolu qalası, Qalatasaray adası və s. Boğaz tarixi binaları və xoş mənzərələri ilə bir çox millətdən insanların bura gəlməsinə səbəb olur. Boğaz həm də insanların xoş günlərinə şahid olan məkan kimi də yaddaşlar da qalıb…

Açıklama yok.

Mənə elə gəlir ki, boğazın romantik mühiti bəylərin öz yarlarına evlilik təklifi etmək üçün əla fürsət yaradır. Bu mənzərənin təsirindən insan sevgiyə heç bir zaman “yox” deməz deyə düşünürəm. Əgər sevdiyinizə qovuşduğunuzda ona unudulmaz xatirələr qazandırmaq istəyirsizsə, bu məkanı seçə bilərsiniz.

Düşünürəm ki, boğaz İstanbulun cazibədar mühitinin və gözəlliyinin formalaşmasında misilsiz rol oynayır. İki qitəni bir-birindən ayırması və beynəlxalq mənada çox əhəmiyyətli bir yer olması boğazı əhəmiyyətli bir ünsür halına gətirir. Boğazın dərin mavi suları, ətrafdakı tarixi binalar və mənzərələr İstanbulun tamamilə fərqli bir götrünüşə bürünməsinə səbəb olur.

Açıklama yok.

Bəs Boğazda günəşin batışını gördünüzmü? Görməmisinizsə, mütləq gedib, bu bənzərsiz gözəllikdən zövq almalısınız. Bu, heç bir gözlliklə müqayisə edilə bilməyəcək biz mənzərədir.

Gecə qaranlığına qərq olmağa başlayır və göylə rəngini dəyişməyə başlayan dəniz bir az dalğalanır. Yük gəmilərinin işıqları boğazın qarşınızda sərsəm olan uzaq nöqtələrində parlayır… Yüklərinin nə olduğunu, haradan gəldiklərini, hara getdiklərini düşünürsən.

Sonra üfiqdə itməyə başlayan yük gəmilərini ağlınızdan silib və yeni üfiqdə gördüyünüz yük gəmisinə bir ad verib suallara cavab tapmağa çalışırsınız. Və yenidən külək üzünüzə vurmağa başlayır və bu lazımsız düşüncələrdən ayılırsınız. Sonra baxışlarınız rəngarəng işıqlara keçir… Boğazı hər iki tərəfdən əhatə edən rəngarəng işıqlar…

Açıklama yok.

O dövrdə dənizdəki əksləri İstanbulun yağlı köhnə evlərinin hündür pəncərələrini xatırladan işıqlar.

Qarşı sahildəki şəhər divarlarının qalıqları sanki tarixin yükünü öz üzərinə götürür…

Qarşı tərəfdə dinc bir sükut var… İnsanlara hüzur verən bir rahatlıq…

Hər şeydən əvvəl, böyük bir günün burada bitəcəyinı hiss etmək, sonra açılacaq olan yeni bir səhifəyə yaxın olmaq…

Depresif bir gündə həyatda boğulduğunuzu və hər şeyin üzərinizə gəldiyini düşünməyə başladığınız zaman boğaza getməyi seçin. Görəcəyiniz mənzərə, təsvir edə bilməyəcəyiniz bir sevinc sizin həyata daha möhkəm bağlanmağınıza kömək edəcəkdir. Çünki burası İstanbul boğazıdır.

Qələm alanların ilham tapıb şair olacağı yerdir. Ruhunuzun dinclik tapacağı yerdir…

Günel Yaz

İstanbul

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle