“Bu il xalqımız Xocalı soyqırımını fərqli hisslərlə yad edir” – Deputat Aqil Məmmədov

“Bu il xalqımız Xocalı soyqırımını fərqli hisslərlə yad edir” – Deputat Aqil Məmmədov

“1992-ci ilin 26 fevralında erməni terrorçu dəstələri tərəfindən törədilən soyqırımda onlarla soydaşımız öldürüldü, yüzlərlə Xocalı əhli əsir götürüldü. Həmin gecə bir şəhər yer üzündən silindi, insanlıq tarixinin ən dəhşətli qətliamlarından biri yaşandı”.

Bu sözləri Milli Məclisin deputatı Aqil Məmmədov Xocalı soyqırımının ildönümü ilə bağlı bildirib.

Millət vəkili qeyd edib ki, bu il xalqımız Xocalı soyqırımını, Xocalı şəhidlərini əvvəlki illərdən fərqli hisslərlə yad edir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 25-də şəhid ailələri və müharibə əlilləri ilə görüşündə bildirdi ki, “Şəhidlərimizin qanı yerdə qalmayıb. Biz Birinci Qarabağ müharibəsinin şəhidlərinin, İkinci Qarabağ müharibəsinin şəhidlərinin qanını aldıq. Düşməndən intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq”. Azərbaycan xalqı hər il olduğu kimi Xocalı şəhidlərini eyni ağrı və üzüntü ilə yad etməklə yanaşı, bu gün artıq bilir ki, şəhidlərimizin qisası alınıb. 44 günlük Vətən müharibəsində Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak etmiş terrorçulardan xeylisi məhv edildi. Bununla belə, digər Xocalı canilərinin cinayəti cavabsız qalmayacaq, dünya və insanlıq məhkəməsi onları mühakimə edəcək. Ümimilli lider Heydər Əliyevin Xocalı soyqırımının gələcək nəsillər tərəfindən daim yad edilməsi haqda fikirləri bir tarixi tövsiyə və vəsiyyət olaraq qəbul edilməlidir. Xocalı Soyqırımı bu gün də dünyadan ədalət gözləyir”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle