Türkiyə XİN və Beynəlxalq Türk Akademiyası Türk respublikalarının müstəqilliyinin 30 illiyi ilə bağlı tədbirlərə start verib

Türkiyə XİN və Beynəlxalq Türk Akademiyası Türk respublikalarının müstəqilliyinin 30 illiyi ilə bağlı tədbirlərə start verib

Beynəlxalq Türk Akademiyası və Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü: Dünən, bu gün və sabah” mövzusunda beynəlxalq onlayn seminar keçirilib.

Seminarda Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Türkiyə Xarici İşlər Nazirinin müavini Yavuz Selim Kıran, Türk Şurası ilk Baş katibi Halil Akıncı, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türk Şurası Baş katibinin müavini Sultan Rayev, TÜRKPA Baş katibinin müavini Ali Yıldız, Türkiyə XİN-nin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ufuk Ulutaş, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Aygün Attar, UNESCO Türkiyə Milli Komitəsinin sədri Öcal Oğuz və digərləri Türk respublikalarının keşməkeşli müstəqillik yolu, 30 ildə əldə olunan uğurlar barədə məruzələrlə çıxış ediblər.

Tədbirdə Türk dövlətlərinin daha da yaxınlaşmasına xidmət edən ortaq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha geniş perspektivdə inkişaf etdirilməsinin əsas hədəf olduğu bildirilib.

Beynəlxalq seminarda həmçinin, qardaş ölkələr arasında daha sıx bir inteqrasiyanın təmin edilməsi istiqamətində müzakirələr aparılıb və əhəmiyyətli təkliflər irəli sürülüb.

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle