Parlament jurnalistləri təkzib edirlər: “MM sədri elə bir ifadə səsləndirməyib”

Parlament jurnalistləri təkzib edirlər: “MM sədri elə bir ifadə səsləndirməyib”

“İşğaldan azad edilmiş bölgələrdə hərbi xidmət keçən əsgərlərimizin məvaciblərinin artırılması uzun vaxtdır ki, sosial şəbəkələrdə müzakirə olunur. Hər kəs fikrini ifadə edir. Təbii ki, hər bir azərbaycanlı öz əsgərinin ən yüksək maaş almasının tərəfdarıdır. Köçkünlər öz evlərinə qayıdana qədər oradakı hərbçilərə özəl yanaşmanın olması çox vacibdir”.

Parlament Jurnalsitləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı bildirib ki, Milli Məclisin son iclasında bununla bağlı müzakirələrdə səsləndirilən fikirlər yanlış şəkildə yozularaq təqdim olunub: “Deputatlar məsələyə müxtəlif yanaşmalar etdilər. Dünəndən xüsusilə sosial şəbəkələrdə bu mövzu ətrafında manipulyasiya cəhdləri də müşahidə olunur. İclasın gedişini izləyən bir şəxs kimi, deyə bilərəm ki, iclasda hərbçilərimizin əmək haqlarının artırılması məsələsində hər hansı fərqli fikrə rast gəlmədik. Müzakirələrdə işğaldan azad edilmiş bölgələrin döyüş zonası olduğu da deyildi, başqa arqumentlər də gətirildi. Yəni hər kəs əsgərlərə sevgisini müxtəlif şəkildə ortaya qoydu ki, Azərbaycanda əsgərin maaşı yüksək olmalıdır.

Müzakirələrdə spiker bildirdi ki, daha Qarabağda müharibə yoxdur, ora döyüş bölgəsi deyil. Bu fikir döyüş bölgəsi və döyüş şəraiti ilə bağlı suala cavab olaraq səsləndirildi və məncə bunun əsgərlərin maaşının artırılmasına qarşı fikir kimi dəyərləndirilməsi doğru deyil.

Üstəlik, nəzərə almaq lazımdır ki, bu fikir ilk dəfə deyil ki, səslənir. Prezident İlham Əliyev xalqa müraciətində də deyib ki, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Kim deyirsə ki, münaqişə davam edir, o, yanılır”.

“Türküstan” Media Qrupundan Aqil Camal bildirib ki, son dövrlər internet mediasında, xüsusilə sosial şəbəkələrdə tanınmış şəxslərin, məmurların, xüsusilə, deputatların adından reallığna uyğun gəlməyən, qeyri-standart posterlər hazırlanaraq paylaşılır. Bu paylaşımlardakı sözlər sadə insanlarda qıcıq yaratdığı üçün həmin deputatlar, vəzifəli şəxslər qınaq, bəzən də təhqir hədəfinə çevrilir: “Təəssüf ki, onlayn mediaya, sosial şəbəkələrə nəzarət etmək imkanı mümkünsüz olduğu üçün bu kimi yanlış paylaşımların qarşısını almaq müşkilə çevrilir. Bu halda isə sadə insanlarda yanlış təsəvvürlər formalaşır”.

A.Camalın sözlərinə görə “MM-in son iclasında spiker S.Qafarova tərəfindən səsləndirlimiş və səsləndirilməmiş ifadələrin birləşdirilərək qərəzli şəkildə sosial şəbəkələrdə tirajlanması da bu qəbildəndir”: “Parlamentdə həmin müzakirələri izləyən jurnalistlər, o cümlədən mən, MM sədrinin sosial şəbəkələrdə təqdim olunan formada ifadələr söyləməsini eşitməmişik. Spikerin məsələyə reaksiyası daha çox Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini qabartmaq üslubunda oldu.  “Hərbçilərə ikiqat maaş verilməsinin əleyhinəyəm” kimi ifadə isə nə işlədilməyib, nə ümumiyyətlə mümkün deyil”.

“Yeni Müsavat” Media Qrupunu parlament müxbiri Elşad Paşasoy isə bildirib ki, iclasdan sonra bəzi sosial şəbəkə istifadəçilərinin bilərəkdən, ya bilməyərəkdən yanlış təqdimatını, müzakirələrin zərərli istiqamətdə aparılması müşahidə olunur: “Elə ötən günlər ərzində bir sıra yoldaşlar, Qarabağ qaziləri, veteranlar “Yeni Müsavat”ın parlament müxbiri olduğuma görə, zəng edib məsələnin mahiyyəti barədə suallar verirlər. İlk sualları da bu olur:Siz orda olmusunuz, doğrudanmı Milli Məclisin sədri Sahibə Qafarova “hazırda Qarabağ döyüş bölgəsi deyil, ona görə də hərbçilərə ikiqat maaş ödənilməsinə ehtiyac yoxdur”, deyib?” Məsələ ilə bağlı səmimi narahatlığını ifadə edərək məsələnin mahiyyətinə bələd olmaq istəyən vətənpərvər dostlarımıza bu barədə danışdım. Ancaq bu mövzuda qeydlərimi dəyərli oxucularımızla da bölüşmək istəyirəm. Əslində məsələ necə olub?..

İclasda doktorantlara möhlət hüququ verən layihənin müzakirəsi zamanı söz alan deputat Azay Quliyev bunları bildirdi: “Mən əlbəttə, müzakirə olunan qanun layihəsinə səs verəcəyəm. Ancaq bir halda ki söhbət hərbi qulluqçulardan gedir, mən istərdim bizim komitənin diqqətinə bir məsələni çatdırım: xüsusilə Ziyafət müəllimdən xahiş etmək istərdim ki, komitədə bu məsələyə imkan daxilində baxılsın, əlbəttə, müvafiq dövlət qurumları ilə birgə müzakirə şəraitində. Söhbət “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsindən gedir. Bilirsiniz ki, həmin maddəyə əsasən, döyüş bölgəsində qulluq edən hərbçilərə ikiqat pul ödənişi həyata keçirilir. Bu da son vaxtlar ciddi şəkildə müzakirə olunmaqdadır. Müzakirələrdə əlbəttə, səmimi yanaşanlar da var, bu məsələdən sui-istifadə edənlər də var. Bəzən siyasi çıxarları üçün bu mövzunu istismar edənlər də var.
Amma həqiqət bundan ibarətdir ki, həqiqətən bu məsələyə baxılmalıdır. Çünki indi qüvvədə olan qanunun müvafiq maddəsinə əsasən, döyüş şəraitində qulluq edənlərə, döyüş bölgəsində qulluq edənlərə ikiqat pul ödənişi nəzərdə tutulur. Hal-hazırda bilirsiniz ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bu istiqamətdə vəziyyət radikal dəyişib. Ona görə də hətta bununla bağlı müvafiq dövlət qurumları, həm Müdafiə Nazirliyi, həm Maliyyə Nazirliyi açıqlama verdi ki, biz hal-hazırda müəyyən istiqamətdə müəyyən hesablamalar aparırıq və əlbəttə ki, tam hesablamalar edildikdən və hazırki pul ödənişinin kimə şamil edilməsi haqqında konkret bir mövqeyə gəldikdən sonra bu ödənişlər olacaq. Mən də tərəfdarıyam ki, bu ödənişlər olsun. Doğrudan da indi bizim hərbçilərimiz çox ağır şəraitdə, riskli şəraitdə – hətta mövcud iqlim şəraitini nəzərə alaraq, biz bunu nəzərə almalıyıq – qulluqlarını davam etdirirlər. Ancaq mənə belə gəlir ki, qanunvericiliyin bu hissəsində bu məsələ müzakirə olunmalıdır. Konkret olaraq döyüş şəraitində və döyüş bölgəsində ifadəsi yazılıb. Ona görə də əgər biz sonrakı mərhələdə bu, pul təminatını həyata keçirmək istəyiriksə, mütləq onun hüquqi bazasına müvafiq dəyişikliklər olmalıdır. Ona görə də Ziyafət müəllimdən xahiş edərdim ki, bu məsələni şərh etsin. Çünki ictimaiyyətdə də bununla bağlı dediyim kimi, geniş müzakirələr aparılır. Yaxşı olardı ki, Milli Məclis də buna rəsmi münasibət bildirsin”.

Hörmətli Azay Quliev hüquqa əsaslanaraq tamamilə haqlı olaraq qanunvericiliyə baxılması məsələsini qaldırdı. Həmçinin ictimaiyyətin narahatlığını ifadə etməklə, parlament rəhbərliyinin məsələyə münasibət bildirməsini xahiş etdi. Eyni zamanda hərbçilərə ikiqat ödənişlərin olmasının tərəfdarı kimi çıxış etdi. Milli Məclisin sədri Sahibə Qafarovanın reaksiyası isə sadəcə bundan ibarət oldu: “Hazırda Qarabağ döyüş bölgəsi deyil”. Yəni “hərbçilərə ikiqat maaş verilməsinin əleyhinəyəm”, məzmunlu kəlmə belə kəsilməyib. Bununla belə, S.Qafarova Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Ziyafət Əsgərova söz verdi, Ziyafət Əsgərov isə anons etdi ki, hərbçilərin maaşı ilə bağlı məsələ yeni hazırlanan qanun layihəsində əksini tapacaq.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle