Hazırda Ermənistanda baş verən hadisələr hərbi qiyama cəhd sayılır.
Turkustan.info istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə çevrilişə cəhdin hər növünə qarşıdır:
“Ordunun hakimiyyəti ələ keçirməsi düzgün deyil. Əgər hakimiyyətdə idarə dəyişiliyi ediləcəksə, bunu yalnız erməni xalqı edə bilər. Onsuzda xalq Paşinyanı devirmək astanasına gətirib. Ancaq çevrilişə cəhdə baxışımız çox fərlidir”. (axar.az)