Qənirə Paşayeva “Unudulmaz faciə” adlı sərginin açılışında çıxış edib

Qənirə Paşayeva “Unudulmaz faciə” adlı sərginin açılışında çıxış edib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva fevralın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş, Mədəniyyət naziri Anar Kərimovun, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi “Unudulmaz faciə” adlı sərginin açılışında çıxış edib.
Komitə sədri Xocalı soyqırımını sənətin dili ilə də dünyaya çatdırmağa böyük ehtiyac olduğunu vurğulayıb: “Bu istiqamətdə bizim də üzərimizə böyük iş düşür. Belə sərgiləri xaricdə də təşkil etməli və Xocalı faciəsinin rəssamlarımızın yaradıcılığına təsirini nümayiş etdirməliyik. Bundan başqa, bu faciəni dünyaya tanıtmaq üçün təsiredici kino nümunələrini mütləq şəkildə ərsəyə gətirməliyik. Bu yerdə, rejissoru Roman Polanski, ssenari müəllifi Ronald Xarvud və Vladislav Şpilman olan məşhur “Pianoçu” filmini yada salmaq və o əsərin yəhudi soyqırımı ilə bağlı dünya ictimai fikrinə nə qədər ismarınc verdiyini xatırlatmaq istərdim. Elə bilirəm ki, öz estetik dəyərləri ilə meydana gələn sənət əsərləri bəzən bir akademik çalışmadan, hüquq sənədindən heç də az təsir oyatmır. Sənətin üfüqünün daha geniş olduğuna və sənətkarlarımızın qiymətli əsərləri ilə Xocalı həqiqətlərimizi daha geniş coğrafiyalara yaya biləcəyimizə inanıram. Füsrətdən istifadə edib, Mədəniyyət nazirliyimizə, İncəsənət muzeyimizə və bu sərginin təşkilində öz əsərləri ilə iştirak edən hər kəsə təşəkkürlərimi yetirirəm”.

No description available.

No description available.

No description available.

No description available.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle