Qazaxıstan səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqının hüznünü və ağrısını bölüşür, bu cinayətin qurbanlarının əziz xatirəsini yad edir.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
“Dünya ictimaiyyətinin Xocalı faciəsi kimi hadisələrin gələcəkdə bir daha baş verməməsi üçün bütün səylərinin əsirgəməməsinin vacib olduğunu hesab edirik”, – deyə məlumatda bildirilib.