Bu gün İqtisadiyyat Nazirliyinə məxsus Azərlotereya ASC-nin Türkiyənin “Demirören Holdinq”inə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb.
Turkustan.info Report-a istinadən xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.
“Yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq”, – deyə o, qeyd edib.