Liderləri qoynunda uyudan şəhər-Ankara – Səfər qeydləri

Liderləri qoynunda uyudan şəhər-Ankara – Səfər qeydləri

Uzun zamandır yenidən getmək stədiyim Ankara şəhərinə səfər şansım yarandı. Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi ilə Turizm Tanıtma və İnkişaf Agentliyinin birgə əməkdaşlığı və onların təşkilati dəstəyi ilə Azərbaycandan Jurnalist həmkarlarım ilə birlik də Türkiyənin nəhəng və əfsanəvi şəhəri olan Ankarada səfərdə olduq. Ankaranın tarixi məkanlarına heyran qaldığım kimi Türkiyənin epidemiya vaxtı “Etibarlı Turizm” layihəsini həyata keçirtməsini yüksək şəkildə qiymətləndirdim. Türkiyə hər zaman Turizm sektorunda öz sözünü deyən ölkə olub. Bir daha şahidi olduq öki, bu hələ də qüvvədədir.

Açıklama yok.

İnqilab atəşi ilə yanan köhnə Ankara və Avropasayağı yaşam tərzi, ucsuz-bucaqsız palasları ilə məşhur olan yeni Ankara. Türkiyə Cümhuriyyətinin paytaxtı, İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəri Ankara Anadolunun mərkəzində, böyük Anadolu yaylasının şərq hissəsində yerləşir.

Ankara bizim üçün hər baxımdan çox doğma və müqəddəs ocaqlardan biridir. Bu şəhər həm də ona görə əziz və müqəddəsdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, ideoloqu, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə və “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur”-sözləri ilə iki qardaş ölkəni daha da möhkəmləndirən Mustafa Kamal Atatürk bu torpaqda uyuyur.

Açıklama yok.

Ən son 2019-cu il dəki Ankara səfərim də hər iki liderin məzarını ziyarət etmişdim. İlk ziyarətimiz Mustafa Kamal Atatürkün məzarı oldu. Bizi “Anıtkabir”in komandiri polkovnik Hakan Osman Sərt qarşıladı. Azərbaycanın əldə etdiyi Qarabağ Zəfəri münasibətilə jurnalistləri təbrik edən Hakan Osman Sərt savaşda şəhid olanlara Allahdan rəhmət dilədi. “Sizlərin Böyük Zəfərdən sonra burada olmağınız bizi, həqiqətən, sevindirir. Sizin qələbənizə hər bir Türkiyə vətəndaşı ürəkdən sevindi. Mən özüm də Azərbaycanda xidmətdə olmuşam. Azərbaycan bizim üçün əziz məkandır,” – deyə polkovnik Sərt qeyd etdi.

Açıklama yok.

Daha sonra bizə Atatürkün fəaliyyəti və onun uyuduğu “Anıtkabir”in tarixi haqqında geniş məlumat verilib. O, Atatürk ki, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” sözlərini deyərək, hər iki ölkə arasındakl dostluğu, qardaşlığı daha da möhkəmləndirdi. Bu sözlər Atatürkün Azərbaycan haqqında işlətdiyi ən məşhur fikirlərindən biridir.

Açıklama yok.

“Nəriman Nərimanov ilə xalqı bizə yardım etməsəydi, sonumuzun necə olduğunu düşünmək belə istəmirəm. Onlarla ölkəyə yardım etdik onlar bizlə savaşdı. Heç vaxt unutmayın ki, türkə türkdən başqa kimsə yardım etməz.” formalındakı bəyanatı da Atatürkün Azərbaycan haqqındaki dərin hisslərini ifadə eden sözlərindən biridir. Daha sonra bizə sülhü, qardaşlığı dostluğu miras qoyan Paşamızın ruhuna dualar oxuduq.

Açıklama yok.

İkinci səfərim olmasına baxmayaraq, M.Ə.Rəsulzadənin uyuduğu “Asri” qəbristanlığına böyük həyəcanla yaxınlaşdım. Uzaqdan Azərbaycanımızın dalğalanan üçrəngli bayrağı sanki ayaqlarıma taqət, gözlərimə nur verirdi. Axı Məhəmməd Əmin bəy idealları uğrunda mübarizədə heç vaxt əyilməyən və Azərbaycanın azadlığına qovuşacağına inanan bir lider olub. Onun şəxsiyyətinin böyüklüyü burdadır ki, həm ideoloq olub, həm də ideologiyasını hazırladığı dövləti qurmağa müvəffəq olub. Düşünürəm ki, Rəsulzadə təkcə Azərbaycanın yox, sovet əsarəti altında olan digər türk xalqlarının son dərəcə sevdiyi və hörmət bəslədiyi bir lider olub. Elə bu düşüncə ilə böyük şəxsiyyətin məzarı başında ona minnətdarlığımı bildirdim. Daha sonra Jurnalist həmkarlarımla birlikdə Xalq Cümhuriyyətinin banisi, böyük Öndərin ruhuna dualar oxuyub, vəfat edərkən son sözü “Azərbaycan” olan Rəsulzadəyə “Vətən salamı” çatdırdıq…

Ruhunuz şad olsun ulu öndərlər… Təşəkkür Ankara…

Günel Yaz

Ankara

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle