Vətən Müharibəsi: Rusiyadan alınan silahlar keyfiyyətsizdir? – AÇIQLAMA

Vətən Müharibəsi: Rusiyadan alınan silahlar keyfiyyətsizdir? – AÇIQLAMA

“Rusiyanın Ermənistana verdiyi pulsuz silahların keyfiyyətli olması əlbəttə ki, şübhəlidir”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamasında qeyd edib ki, onların Rusiyadan aldığı silahlar keyfiyyətsizdir və təbii ki, bu da müharibədə onlara əngəl olan amillərdən biri olub.

“Məsələ burasındadır ki, burada söhbət silahların keyfiyyətsizliyindən deyil, həmin raket kompleksinin keyfiyyətindən gedir. Yəni “İsgəndər”i nəzərdə tuturlar. Eyni zamanda onların bu silahları hansı formada alması da digər bir məsələdir. Çünki ermənilər onu pulla almırlar, pulsuz əldə edirlər. Belə şərtlərlə də verilən texnikanın da keyfiyyətli olması bir az şübhəlidir. Bundan əlavə də, həmin silah kompleksinin saxlanılması, qulluğu da əlavə vəsait tələb edir. Bu təkcə “İsgəndər”lə bağlı problem deyil. Biz Vətən Müharibəsində də gördük ki, “Zenit” raket kompleksləri hədəfi düzgün nişan ala bilmir. Bizim pilotsuz uçuş aparatlarını nişan ala bilmirdilər. Hesab edirəm ki, Rusiya da bu silahları görüntü məqsədilə və müttəfiq rolunu düzgün yerinə yetirmək üçün onlara verirdi”.

Ekspert onu da bildirib ki, müharibənin gözlənilmədən başlanılması da Ermənistana bu barədə ciddi problemlər yaradıb:

“Silah satınalma prosesi də əslində, 1-2 aya həll edilən məsələ deyil. Müqavilə bağlanır, məhsullarla tanışlıq olur və ümumilikdə, 1-2 il ərzində tamamlanan prosesdir. Düşünürəm ki, elə müharibə dövründə də Ermənistanın silahlarla bağlı ciddi problemləri oldu. Ancaq bu Rusiya silahlarının keyfiyyətsizliyi deyil, onlara verilən məhsulların keyfiyyətsizliyi ilə bağlı məsələ idi. Bizdə də Rusiya istehsalı olan helikopterlər, döyüş təyyarələri və digər hərbi vasitələr var ki, kifayət qədər keyfiyyətli məhsullardır”.

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle