Azərbaycan gəncləri Vətən Müharibəsində böyük şücaət göstərdilər

Azərbaycan gəncləri Vətən Müharibəsində böyük şücaət göstərdilər

Aysel Şeydayeva

YAP Quba rayon Təşkilatı Qadınlar Şurasının sədri

ADPU-nun Quba filialının direktor müavini

2019-cu il 2 Fevral Gənclər Günü münasibətilə təşkil edilən tədbirdə Cənab İlham Əliyevin çıxışı əslində Azərbaycan gəncliyinə bir çağırış idi. Prezident İlham Əliyev gənc yaşlarındakı fəaliyyətini bugünkü Azərbaycan gəncliyinə nümunə göstərərək vurğulamışdı ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə gənclər heç bir vaxt naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi öz əllərindədir. Cənab İlham Əliyevin çıxışından aydın olan, indiyədək bilmədiyimiz bəzi həqiqətlərdən də agah oldu. Və ölkə rəhbərinin nitqində agah olan bu həqiqətlər Azərbaycan gəncliyi üçün ən mükəmməl nümunənin məhz İlham Əliyevin özünün, sözünün və fəaliyyətinin olduğunu təsdiq etmiş oldu.

Çıxışında bugünkü gəncliyə inandığını, güvəndiyini xüsusi vurğulayan prezident İlham Əliyev Azərbaycan gənclərinin ən böyük hamisi kimi onlara həm çağırış etdi, həm də qarşılarında duran vəzifələri dəqiq müəyyənləşdirdi:” Milli ruhda tərbiyə almalı, vətənpərvərlik ovqatında olmalı, təhsilə çox böyük fikir verməli, peşəkar və fəal olmalı, xalqının maraqları hər şeydən üstün tutulmalı və dövlət maraqları, milli mənafeyi, müstəqilliyi layiqincə qorumalı…”

Biz bu çıxışın üzərindən qısa bir müddət keçdikdən sonra, 2020-ci ildə nəyin şahidi olduq? Bütün Azərbaycan gəncliyi bir nəfər kimi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi üçün ayağa qalxdı, birləşdi, əsgər kimi səngərdə, ziyalı kimi dünya ictimaiyyəti qarşısında, şəxsiyyət kimi isə informasiya mühitlərində döyüşdü və QALİB oldu.

Haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan dövlət olaraq bu Vətən Müharibəsindəki qalibiyyətə məhkum idi. Çünki biz xalq və dövlət olaraq haqlı mübarizəyə qoşulmuşduq, işğalçılardan əbədi və əzəli torpaqlarımızın azad edilməsi mübarizəsinə. Ən qürurlandırıcı məqamlardan biri də o oldu ki, Vətən Müharibəsində Azərbaycan gəncləri bütün qətiyyətləri, məsuliyyətləri, Vətən, dövlət, xalq  sevgiləri ilə, qanları, canları bahasına döyüşdülər.

Prezident İlham Əliyev özünün çıxışlarında hər zaman gənclərin ictimai-siyasi və humanitar proseslərdə, dövlət əhəmiyyətli işlərdə  göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni həmişə novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir.

Bu gün hamıya məlumdur ki, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, həm də gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməyə sövq etdi.

Təbii ki, bu məqsədlə dövlət üzərindəki cavabdehliyi layiqincə yerinə yetirir. Dövlətin gənclər siyasəti,  gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün mühüm tədbirlər görülür, gənclərə geniş fəaliyyət imkanları yaradılır, müxtəlif strukturlarda, rəhbər vəzifələrə seçkilərdə  gənclərə  üstünlük verilir. Azərbaycanın ən qədim, həm də inkişaf etmiş rayonlarından olan Quba rayonunda da bu nümunəyə aid yetəri qədər faktlar vardır.

Bütün bu illər ərzində əsas məsələ ölkə gəncinin də vətən və dövlət qarşısındakı məsuliyyətini lazımincə dərk edərək bu imkanlardan bacarıqla yararlanmasından ibarət olmuşdur. 44 günlük Vətən müharibəsində isə Azərbaycan gəncliyi dövlətin, xalqın Vətənin qarşısında öz borcunu layiqincə yerinə yetirdi, bu milləti, torpaqlarımızı qorudu, azad etdi.  Gənclər səngərdə olduğu kimi arxa cəbhədə də Vətən sevgisi uğrunda bir oldular.Təkcə elə region ali məktəbi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı da fəaliyyətini elə tələblər əsasında qurur ki, hazırladığı kadrlar dövlətə, dövlətçiliyə bağlı, tədqiqatçılıq qabiliyyətli, yaradıcı və innovativ şəxsiyyətlər olmaqla cəmiyyətin texnoloji, sosial-iqtisadi və mədəni səviyyəsinin yüksəldilməsində müəyyən rola sahib olsunlar, Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşsinlər, necə ki, birləşdilər də.

Doğrudan da gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması, onların Vətənpərvərlik ruhunda, dövlətə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə alması möhtəşəm Qələbəmizə, torpaqlarımıza qovuşmağımıza səbəb oldu. Azərbaycan gəncləri torpaqlarımızı işğaldan azad etdilər. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad etdilər. Bu Qələbə tarixi hadisəyə çevrldi. Azərbaycan tarixində buna oxşar qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle