Bir şəhidin döyüş hekayəti

Bir şəhidin döyüş hekayəti

24 GÜN ŞUŞADA QALAN, LAKİN ŞUŞA DÖYÜŞLƏRİNƏ MÖHLƏTİ ÇATMAYAN ŞƏHİD. ZƏFƏRLƏ BAŞA ÇATAN O DÖYÜŞLƏRİ ONUN DAVAMÇILARI HƏYATA KEÇİRDİLƏR
Söhbət 1-ci Qarabağ müharibəsinin Şəhidi Etibar Əliyevdən gedir. Kim idi Etibar? Atası Allahverdi Əliyev əslən Ağdərə rayonunun Çərəkdar kəndindən olsa da o, 06 aprel 1975-ci ildə Bakı şəhərində doğulmuşdu. 1982-92 -ci illərdə Səbail rayonundakı 162 saylı tam orta məktəbdə təhsil almışdı. Onun yeniyetməlik illəri çox çətin vaxtlara düşdü. Vətənimizin başı üzərini qara buludlar alanda, Qərbi Azərbaycandan soydaşlarımız kütləvi surətdə deportasiya olanda və bunlara rəğmən Bakıda Meydan Hərəkatı başlayanda bundan heç kim kənarda qalmadı. Yeniyetmə və gənclərimiz böyüklərlə çiyin-çiyinə Azadlıq Meydanını doldururdular.
Etibarın vətənpərvərlik tərbiyəsində həm ailədəki ab-havanın, həm də Meydan Hərəkatının mühüm rolu oldu. O, cocuqluq və yeniyetməlik illərinin yay aylarını Baba Yurdu əsrarəngiz gözəlliyə malik olan, Tanrı lütfü -Çərəkdarda keçirərdi. Kənd camaatı ilə çox yaxşı qaynayıb-qarışmışdı. Çoxları onun şəhər uşağı olduğunu belə düşünə bilmirdi. Kəndimizin camaatı yay aylarında yaylaqlara köçərdilər. Anam da Etibarı bacısı Könüllə və digər nəvələri ilə birgə dağlara aparardı. İmkan düşdükcə mən də yay aylarında məzuniyyət götürb, kəndə gedərdim. Bir dəfə kəndə gedəndə camaatımız Murovdağ silsiləsində məskunlaşan Qalayçı yaylağıda yerləşmişdilər. Dədəm, qonşumuz Ağa dayı və mən alaçığın qabağında söhbətləşirdik. Onda Etibar 5-ci sinifi qurtarmışdı. Bu zaman o, çılpaq mindiyi kəhər atın belində bizə yaxınlaşanda, Dədəm dedi ki, Etibar, düş, yüyəni atın başına vur, sonra istədiyin qədər sür. Elə buna bəd imiş kimi, bir göz qırpımında atı yüyənləyib, belinə sıçramaqla at götürüldü. At da nə at! Ağa dayı qışqırdı ki, Baxşalı, at uşağı yıxacaq. Dədəm də tövrünü pozmadan dedi ki, narahat olma qardaş, taki at yıxılmasın, o mənim nəvəmdisə, heç əndişəm yoxdur. Bir göz qırpımında süvari bizdən təxminən 2-km. uzaqlaşmışdı. Bir qədər sonra kəhər at qan-tər içində qarşımızda dayanmışdı. Dədəmlə Ağa dayı Etibarın alnından öpdülər. Və Ağa dayı əlavə etdi ki, mən heç bilməzdım, bu, şəhər uşağı yox, sən demiyəsən bir ildırım parçası imiş.
Yaşlı adamların xatirindədir ki, sovetlər dönəmində orta məktəb şagirdlərini qış tətilində SSRİ-nin Müttəfiq Respublikalarına ekskursiyalara aparardılar. Etibar da o vaxtlar Moskva, Leninqrad, Odessa, Kiyev və Daşkənd şəhərlərini səyahət etmişdi. Orta məktəbi qurtarandan sonra Respublikamızda qəbul imtahanları ilk dəfə test üsulu ilə aparıldığından, ( Allah Vurğun Əyyuba qəni-qəni rəhmət eləsin) hazırlıq işlərinə görə qəbul imtahanları noyabrın 18-nə təyin edilmişdi. Mən də cəbhədən yenicə qayıtmışdım. Ailənin dolanışıq yükü tək mənim çiynimdə olduğundan işdən dəayrıla bilmirdim. Bir ayağım kəndimizdə idi. İşimlə bağlı Moskvaya ezamiyyətə gedəsi oldum, Etibar dedi ki,Ata, qəbul imtahanlarına mənim kifayət qədər vaxtım var , bəlkə mən də gedim? Məmuniyyətlə, gedə bilərsən! Anası bir qədər naratçılığını bildirdi, hamı hazırlaşır, siz də gəzməyə gedirsiniz dedi. Dedim, narahat olma, Etibarın qabında olan bəsidi, lazım olan balı toplayacaq. İki həftədən sonra qayıtdıq. O, qəbul imtahanında keçid balında daha çox bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul oldu. Mən də Qarabağa gedib, qayıdanda, cəbhə xatirələrimi söydədikcə, o,hövsələdən çıxır və deyirdi ata, oxumaq istəmirəm, cəbhəyə getmək lazımdır, mənim tay-tuşlarım döyüş meydanlarındadır, biz də burada küllənirik. Mən də deyirdim ki, Etibar, sənin yaxşı təhsil almağın Vətəni qorumaq anlamına gəlir. Həm də eyni vaxta ikimiz getsək, anan-bacın tək qalar. Nə isə, güc- bəla ilə onu bu ambisiyalarında çəkindirsəm də, 1993-cü ilin iyun ayında mümkün olmadı. Artıq o, Səbail Rayon Hərbi Komissarlığına könüllü ərizəsi ilə müraciət etmişdi. 1-ci kursun imtahanları isə iyulun 2-də başa çatırdı. O üzdə yollandım Komissarlığa, dedim heç olmasa möhlət verin imtahanları başa vursun. Onlar da razılaşdılar. İyulun 2-də imtahanları başa vuran Etibar iyulun 3-də hərbi xidmətə yollandı. O vaxtlar ailənin tək oğul övladlarını arxa cəbhədə xidmətə cəlb edirdilər. Etibar da Mingəçevir şəhərində Hərbi Hava Qüvvələrində xidmətə başladı. Hər batalyona gedib-gəldikcə, yolüstü olsa da, görüşürdük. lakin o,xidmətdən çox narazı idı, cəbhəyə-savaşlara can atırdı. Ordu təzə yarandığından, lazımi infrastruktur yaradılmamışdı, sovetdən qalan uçuq-sökük qazarmalar, bərbad gündə olan nizam-intizam, peşəkar zabit çatışmamazlığı lazımı xidmət keçməyə imkan vermirdi. Digər tərəfdən, Rusiyadan axışıb gələn zabitlərin əksəriyyəti rus nökərləri olaraq, onlara işləyirdilər. Onların çoxu könüllü yox, planlı şəkildə yenicə yaranmaqda olan Azərbaycan ordusuna soxuşdurulmuşdular.Əksəriyyəti də millilikdən uzaq olan bolşevik başlılar idi. Həmin inventarlardan qalan tör-töküntülər bu gün də Ordumuzda ziyankarlıqla məşğuldurlar. Vətən Müharibəsində bunun yetərincə şahidi olduq.
Hərbi hissədə intizamsızlıq o səviyyədə idi ki,Etibar 3-4 ay ərzində icazə alıb,bir neçə dəfə Bakıya, əsasən də Tərtərə gedərdi. Tərtərdə bibisi uşaqları döyüşlərdə olduğundan ora daha cəlbedici idi. Növbəti dəfə Bakıya gələndə, gəldi iş yerimə, dedim ay bala səndən cəmi 4 gündür ayrılmışam, nədir gəlişinin səbəbi? Aramızda çox ciddi pərdə olsa da, bu dəfə o, bir qədər emosional danışdı, bir az da məni ittiham etdi: Ata, sənin Ata Yurdun, mənim baba Yurdum işğalda ola-ola sən bunlara necə dözürsən? Sabah qayıdan kimi, könüllü olaraq, döyüşən ordu sıralarına yazılacam. Əlacsız qalıb, dedim Etibar bala, gəl daşı ətəyindən tök, mənə bir qədər möhlət ver, görürsən, Yurd-yuvalarından didərgin düşən bütün qohum-əqrabam, qardaş -bacım pis vəziyyətdədir, onları necə olsa yerləşdirmək lazımdır- Bakıda, Bərdədə, Yevlaxda, Gəncədə, Şəkidə,nə bilib, başqa haralardasa. Mən özüm də ev üzü görmürəm, döyüşlər vaxtı ünvan bəlli idi, birbaşa gedirdim Çərəkdara, qoşulurdum batalyona. Amma indi başımı itirmişəm, bilmirəm nə edim? Onu sınamaq üçün bir təklifdə bulundum. Dedim Etibar,bax bu pasportun, bu da pulun, xidmət etmirsənsə, bunları götür get Moskvaya, orada neçə nəfər dostlarımız var ,bir qədər ləngi,görək başımıza nələr gəlir?
Hə,Ata, sən bu təklifinin əvəzinə alnıma bir güllə vursaydın,ondan daha yaxşı olardı. Bir də ki,mən inana bilmərəm ki,sən bunları ürəkdən deyəsən? Şəhidlər Xiyabanına Şəhid tabutları axanda,sən deyilmidin deyən, beş oğlum olsa, Vətən yolunda onun beşi də Şəhid olsa, of demərəm…
Aciz idim cavab verməyə. Hə, Etibar, gəl belə edək ,sən qayıt hərbi hissəyə, onsuz da iki gündən sonra Yevlaxa gələcəm, görüşüb, ətraflı söhbət edərik. Bu minvalla bir ay da keçdi, 1993-cü ilin dekabrın 17-də iş yerinə çatıb, otağı yeicə açmışdım, telefon zəng çaldı. Etibar idi. Əmim oğlu Mingəçevirdə yaşayırdı, Etibar da tez-tez onlara gedib yuyunardı, bəzən də onlarda qalardı. Hərbi hissə qonşuluqda yerləşirdi, Kürün sahilində. Bir qədər həyacanlı şəkildə soruşdum ki,Etibar, Məhəmməd əmingildəsən, belə tezdən xeyirdimi zəng etməkdə?
-O sevincərək dedi, ata, məni təbrik edə bilərsən, artıq mən Mingəçevirdə deyiləm, dünən 14 nəfər əsgər yoldaşlarımla ərizə yazaraq, könüllü döyüşən ordu sıralarına daxil olduq. Hazırda Gəncədə N saylı hərbi hissədəyik, 3 gün təlimdən sonra Goraboy istiqamətindən döyüşlərə qatılacağıq. Xeyli qürurlandım, lakin ata ürəyidir də, bir qədər təlaşlansam da, özümü əla alıb, Yolun açıq olsun, oğlum-delə bildim.
Goranboyun Tap Qaraqoyunlu və Tərtərin Cəmilli kəndi istiqamətində başlayan döyüşlərdə bir neçə gün ərzində ordumuz ağır itkilərlə geri çəkilmək məcburiyyətində qaldı. Düşmən tərəf bu istiqamətdə güclü qüvvə toplamışdı. Sağ qalanlarımızın çoxu pərən-pərən düşdü. Əslində idarəçilik yox səviyyəsidə idi.
Bibim uşaqları mənə əfsanəvi Tərtər batalyonu və onu komandiri Sərdar Həmidov haqda çox danışmışdılar. Və oradan Tərtərə üz tutmağa qərar verdim. Gediş-gəliş həddindən çox çətin olsa da,birtəhər gəlib Tərtərə yetişdim. O vaxtlar demək olar ki,Tərtər çox ağır günlərini yaşayırdı. Mənfur düşmən Tərtəri sanki həlqəyə almışdı. Sabahı gün döyüşçü bibim uşaqları ilə birlikdə Sərdar bəyin qəbuluna getdik və Tərtər batalyonuna daxil olmağımı bildirdim. O məni bir qədər sorğu-sual edib, haralarda döyüşdüyümü öyrənəndən sonra, əlini çiynimə qoyub, dedi ki,səni kimi ərənlərə çox ehtiyacımız var, görürəm çox yorğunsa, get dincəl, sabahdan batalyonumuzun tərkibində döyüşlərə qatılacaqsan.
Tərtər döyüşlərində ağır Qapanlı döyüşü Etibarın son döyüşü oldu.
1994-cü ilin may ayının 11-də düşmən demək olar ki,Qapanlı kəndinə girmişdi, kəndin içində küçə döyüşləri gedirdi.Sabahı gün, yəni yəni mayın 12-də mənhus Atəşkəsin elan olunduğu gün Tərtərdən mə zəng etdilər ki, Etibar döyüşdən qayıtmayıb. Mən dərhal başı alovlu Tərtərə yollandım. Bacımgilə çatanda, bura xeyli qohum -əqrəbanın, qonşuların, bacılarımın toplaşdığını gördüm. hamı ağlaşırdı. Dedim niyə ağlaşırsınız? Yekdil cavab bu oldu ki,Etibar döyüşdən qayıtmayıb. Dedim bir qədər sakit olun, insanı diri-diri ağlamazlar. Bir də ki,olumla ölümə çarə yoxdur. sadəcə olaraq isdərdim ki,əgər o, Şəhid olubsa, cəsədi əlimə gəlsin, bir əsir düşməsin, bir də şikəst qayıtmasın. Bacılarımdan biri hıçqıra-hıçqıra dedi ki, hər hallı əsir düşməklə, şikəst qayıtmaq Şəhid olmaqdan yaxşıdır. – Yox, anam balası, əsla! Vaxt gələr bunların fərqini anlayarsınız…
Mən dərhal bir neçə nəfərlə yollandıq Sərdar bəyin yanına. İcra Hakimiyyətinin Başçısı işləyən Sərdar bəy kabinet adamı deyildi, əhalini İcra Hakimiyyətinin önündəki meydanda qəbul edirdi.Burada insan əlindən tərpənmək olmurdu. Hərənin bir dərdi var idi. Etibar kimi xəbər-ətərlər olmayanlar daha çox idi. Kimisi günlərlə Şəhid övladını cəsədini döyüş zonasında çıxara bilmirdi. Biz yaxınlaşıb müraciət edəndə, o,Etibarın əslən Çərəkdarlı olduğunu biləndən sonra ,ərklə dedi ki,gedin oturun evinizdə, mən bu işlə özüm məşğul olacam. Oradan yollandıq Şıxarxdakı hərbi hissəyə. Etibarın tağım komandirini tapıb xeyli söhbətləşdik. Adı Himayət idi. Dedi ki,döyüşlərin aöır vaxtı idi , Etibar öndə özünə mövqe tutmuşdu, o burada düşmən tankındanatılan mərmidən baş nahiyyəsindən, alının üst tərəfindən qəlpə yarası aldı. Mən şəxsən özüm yarasını sarıyıb,arxaya göndərdim. Burada döyüşlərə Nəcməddin Sadıkovla Elbrus Orucov komandanlıq edirdilər. Onlar bizim geriyə çəkilməyimizi əmr etdilər. Düşmən tərəf də irəliləməkdə davam edirdi. Gecə saat 3 radələri olardı, gördük Qapanlı istiqamətində toz-duman içərisində bir maşın yerlə-göylə əlləşir. Niva saxlayanda Sərdar bəy, silahı çıxarıb, Elbrus Orucovun başına sıxmaq istəyəndə, Nəcməddin əl atıb,atəşin istiqamətini dəyişdi. Və Sərdar bəyin əmri ilə irəli atılan qəhrəman əsgərlərimiz 3 saat ərzində mənfur düşməni Qapanlıdan vurub çıxardı. Bu gündən bütün cəbhə boyu atəş dayandığından bizim Şəhid olan, itkin düşən əsgərlərimizdən heç bir xəbərimiz yoxdur. Bir onu bilirəm ki, Etibar sağdır. Bəlkə də komandirin son sözləri bizə bir təskinlik idi. Buradan da əli boş qayıtdıq. Uşaqlar döyüş gedən əraziləri ələk-vələk etsələr də bir şey tapa bilmədilər. Hospitala saysız-hesabsız Şəhid cəsədi gətirilirdi. Biz ora gələndə hərbi maşından 31 cəsəd düşürüb, otunüstünə düzmüşdülər. Düşünürdüm ki,yəqin ki, Etibar bunların cərgəsində olacaq. Rəhmətlik yeznəm Şahyəddin müəllim bir-bir Şəhidlərimizin üzünü açıb, baxır, peşmanca geri çəkilirdi. Üç gündən sonra Etibarın əsir düşməsi xəbəri çıxdı. Mən dərhal yollandım İcra Hakimiyyətinin qarşısına. Komandir briqada Elbrus Orucov öz adyutantları ilə bərabər camaatla söhbət edirdi. Bu erməni şərəfsiz bizim dildə fərli başlı danışa bilmirdi. Mən ona yaxınlaşıb, salam- kalamdan sonra özümü təqdim edib, dedim ki, cənab polkovnik bildiyiniz kimi, oğlum Etibar düşmən tərəfindən əsir götürülüb, xahiş edirəm məni ermənilərə təhvil verin, onu geri alın. O mənə bir qədər də yaxınlaşıb, kəntöy şəkildə dilini lovalaqlıya-lovalaqlıya dedi ki,məgər sən qəhrəmansan, onda get özün al, deyib mənə bir şillə çəkdi. Əlacsızlığımdan, bu haykanuşun bici qarşısında aciz qaldım…
Sabahı günü Sərdar bəyə yenidən müraciət etdik, o, çox təmkinlə dedi ki, narahat olmayın, bu iş şəxsən öz nəzarətimdədir. Əmin ola bilərsiniz ki, Etibarı özüm qaytaracam, gedin oturun evdə ,gözləyin.
Amma necə rahat oturmaq olardı? Mən yenidən Bakıya qayıtdım, bir sıra mühüm dövlət orqanları, qeyri-hökumət təşkilatları, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə əlaqə qursaq da,onlardan da bir şey çıxmadı.
Bu arada Xankəndindən bir dığa evimizə zəng edib,qızımla danışıb. Deyib ki, Maksimi tapın bizə verin, biz də Etibarı qaytaraq. Bu zəng iki dəfə olub. Bakıda saxlanılan erməni əsirlərini Qobustandakı qapalı həbsxanada saxlayırdılar. Vaxtilə oranın rəisi işləmiş dostumuz Şöhlət müəllimin yazdığı kağızla yollanmaq istəyirdim həbsxananın rəisi Nizami Məmmədovun yanına. Dəmir Yolu vağzalının yanında tanışım Laçın rayonundan olan qaçqın məktəbinin direktoru Cavanşir müəllimlə rastlaşdım, dedi qardaş gözümə yaman pəjmürdə dəyirsən, xeyirdimi. Mən məsələni təfsilatı ilə Cavanşir müəllimə danışdım. Gözəl insan idi. Yaşayırsa ,Allah cansağlığı versin, rəhmətə gedibsə ,yeri behişt olsun. Hə, heç narahat olma, gedəcəyin həmin Nizami mənim oğlumdur. Get bircə kəlmə de ki, məni atan göndərib, əlindən nə gəlsə əsirgəməyəcək. Biz yollandıq kalona , hava dəhşət isti idi. Çətinliklə olsa də, sənədlərimi təqdim edib,rəisin qəbuluna getdim. Maşallah olsun pəhləvan cüssəli bir cavan polkovnik idi. Məni çox yaxşı qarşılad və göstəriş verdi ki, kolonda saxlanılan erməniləri bircə-bircə yanıma çağırın. Məlum oldu ki,bunların içində Maksim adlı birisi yoxdur. Onlardan da heç biri Maksimi tanımadılar. Lakin Vaqif adlı bir erməni dedi ki, bir yerdə döyüşürdük, Ağdam yaxınlığında bir-birimizdən aralı düşdük. Daha sonra onu heç görmədim.
Onun başında idman papağı var idi, Soruşdum ki, Nizami müəllim,bu istidə o niyə başına papaq qoyub? Dedi ki, bizimkilər onun bir qulağnı dibindən kəsiblər. Öz dediyinə görə adi bənnadır, Bakıda yaşayıb, ancaq Laçının Qala dərəsindəndir. Bu şərəfsizin əvəzində düz 12 nəfər dəyişməyə hazırdırlar, bizim “qəhrəmanlar” da bunu bu günə salıblar. Görürsən, mən bu altı nəfəri burada üfləyə-üflə saxlayıram ki, əvəzində bir neçə nəfər dəyişə bilək.
Yenə də tanış-biliş sorğu verəcəm, bir şey alınsa, xəbər verəcəm.
Beləcə oradan ayrılıb, Tərtərə yola düşdüm. Uşaqlar Qazax-Tovuz Cəbhəsindən tutmuş Füzuli cəbhəsinə qədər ələk-vələk etdikdən sonra məlum oldu ki, şərəfsiz Maksimi Ağcabədinin Sarıcalısı yaxınlığında hərbi maşının üstündə yandırıblar. Bu da belə. İyunun 1-də yenidən qayıtdım Bakıya, ayın 5-də Nazirlə Kabinetində mühüm bir nəfərlə görüşməli idik. Ayın 4-ü saat 5-də Tərtərdən bacım hıçqıra-hıçqıra dedi ki, durma gəl, gözümüz aydın, Sərdar bəy Etibarı dəyişdirdi. Mən bacımoğlu Elçinlə Tərtərə yollandıq. O vaxtlar maşın məsələsi xeyli çətin idi. Gecə saat 12-də Tərtərə çatdıq. Bacımgilin həyətində xeyli qələbəlik idi. Etibarın döyüş dostları, eşidən, bilən dost-tanış ora yığışmışdı . Etibar evdə idi. Evə keçməyə isə tələsmirdim. 24 gün düşmən əsirliyində olan əsgərin vəziyyətini təxmin edirdim. Evə keçdim, Etibarın şux qamətini görəndə, gözlərimə inana bilmədim. Sadəcə olaraq başında sarğı var idi. Görüş səhnəsini təbii ki, təsəvvür edirsiniz. Onun davranışından, danışığında hiss edirdin ki, bunun heç nəyi yoxdur…
Belə yerdə deyirlər ki, sən saydığını say, gör fələk nə sayır. Ağzın yansın, fələk!
Yorğun olmasına baxmayaraq, elə hey danışmaq istəyirdi. Sübhə qədər söhbətləşdik. Etibar heç əsirlikdən qayıtmış adam təsiri bağışlamırdı. Sabahı gün yollandıq Sərdar bəyin hüzuruna. Çünki o,özü də Etibarla görüşməmişdi. Meydan yenə qələbəlik idi. O, bizi xüsusi əhval-ruhiyyə ilə qarşılayıb, gözaydınlığı verdi. Tərtər batalyonunun əsgəri Etibar haqqında ağız dolusu danışdı. Əsirlikdə olduğu müddətdə özünü necə aparması, cismani cəzalara baxmayaraq, düşmənə heç bir sir verməməsi barədə ağızdolusu danışdı. Mən də öz növbəmdə şəxsən Sərdar bəyə, əfsanəvi Tərtər batalyonunun əsğər və zabitlərinə, bütövlükdə Etibarın azad olunması və dəyişdirilməsi prosüsində əməyi olan hər kəsə öz adımdan, ailəm və qohum -əqrəbam adından təşəkkürümü bidirdim. Və əlavə etdim ki, Sərdar bəy, sizə bir can borcum qaldı. İcazə versəydiniz, bu dəyişmə prosesində iştirak edən əsgər və zabit qardaşlarıma yüngülvari bir şirniyyat stolu açardım. O, toplaşanlara göz gəzdirib, dedi: – Pənah, görürsən Etibarın atası nə deyir, Tərtər batalyonuna rüşvət təklif edir. Eşidəm, biləm bu ailədən bircə qəpiklik nəsə götürmüsünüz, aqibətinizin necə olacağını bilirsiniz də! Sonradan öyrəndim ki, Pənah Tərtərin hərbi komissarı imiş. Vaxtilə Sərdar bəyin qarşısında quyruq bulayan bu şərəfsiz Sərdar bəyin yoxluğunda onun ünvanına çamur atıb, təhqir yağdırmaqdadır…
Sonra Sərdar Həmidov üzünü azadlığa qovuşdurduğu əsgərinə tutdu: – Etibar,bizə nə sözün var? O,bir qədər utancaq şəkildə dedi ki, hörmətli Sərdar bəy, bütün çəkdiyiniz zəhmətə görə təşəkkür edirəm, sadəcə sizdən bir xahişim var, atam məni Bakıya hospitala aparmaq istəyir, ona izn verməyin, mən yaxşıyam, lazım olsa, burada müalicə olunaram. Birsözlə mən sizdən-Tərtər batalyonundan ayrılmaq istəmirəm.
-Etibar, səni Bakıya atan aparmır, mən göndərirəm, get bir ay orada müalicə kursu keç, qayıt gəl yanıma, hələ səni kimi ərənlərə bizim çox ehtiyacımız var. Müharibə qurtarmayıb, əsas müharibə hələ qabaqdadır.
Beləcə sağollaşıb, lazımi sənədlər üçün hospitala yollandıq. İyunun 7-sində isə Bakıya döndük.
Elə buradaca Sərdar bəy haqqında qısa da olsa, fikrimi yürütmək istərdim. O,sözün həqiqi mənasında bir fenomen idi. Öz xırım-xırda qüsurları ilə bigə əsil komandan idi. Çoxları bilir ki, Tərtərin salamat qalma səbəbi məhz Sərdar bəy idi. Onun yaşadığı ev Şıxarx tərəfdən düşmənlə göz-gözə baxan birinci ev idi. Bütün müharibə dövrü ailəsi bir gün belə Tərtərdən çıxmadı. Bütün təkidlərə baxmayaraq, o, cocuqlarını da Tərtərdən çıxarmadı. Devizi də belə idi: – mənim ailəm, uşağım heç bir Tərtərlidən artıq deyildir. O aöır illərdə, cəbhədən xeyli aralıda olan Bərdə və Yevlaxın yarısı köçsə də, düşmənlə göz-gözə dayanan Tərtərdən bir nəfər belə evini tərk etmədi.
1994-cü ilin mayın axırına qədər mənfur düşmən rus-erməni birləşmələri daxili satqınların xeyir-duası ilə Yevlaxa Kür çayına çatmalıydı. Və bu da o demək idi ki, Yevlaxdan başlamış Gəncəbasarın sonuna qədər, yəni Kürün sağ sahili Qazağa qədər düşmənin nəzarətinə keçirdi. Qapanlı döyüşü demək olar ki, mənfur düşmənin arzularını gözündə qoydu. Tərtərin düşmənə verilməməsinin əvəzini də Sərdar Həmidov 10 illik məhbəs həyatı ilə kompensasiya etdi. Sərdar Həmidovun dövründə Tərtərin bir qarış da olsun torpağı işğala məruz qalmadı, hələ Ağdərənin də yeddi kəndi Tərtərin tərkibinə qatıldı. Bax, Sərdar Həmidov fenomeni bu idi. Bir can borcum olan Sərdar bəyə Tanrıdan rəhmətlər diləyirəm!
Biz ayın 7-də Bakıya döndük, iyunun 8-də mərkəzi hospitala getdik, sənədləri təqdim etdik, dedilər sabah gələrsiniz. Etibar da fürsətdən istifadə edib, tələbə yoldaşları, dost-tanışları ilə görüşdü.
Etibarın söylədiklərindən: – Himayət sizə doğru deyib, mən qəlpə yarası alanda, o, dərhal başıma sarğı qoyub, geri göndərdi. Mən orada pulemyotçu dostum Pərvizi görməyəndə , yavaş-yavaş irəliyə getdim. Doğrudur, düşmən bütün mövqelərdən çəkilmişdi. Mən kəndin qurtaracağında düşmən tankı tərəfindən vurulmuş söyüd ağacının böyük hissəsinin Pərvizin üstünə düşdüyünü gördüm. O,artıq şəhid olmuşdu. Nə qədər çalışsam da, çıxara bilmədim. Yorulmuşdum . Qarşımda geniş bir arx vardı, ot basmışdı, su gəlmirdi. Fikirləşdim ki, bir qədər dincimi çıxım, sonra gedib kömək gətirib, Şəhidimizi xilas edərik. Botinkalarımı çıxarıb, neçə gündən bəri dinclik görməyən ayaqlarımın dincini alırdım. Başladım avtomatın daraqlarını doldurmağa. Axşam çağıydı. Həm aclıq məni əldən salırdı, bir tərəfdən də yaram ağrı verirdi. Bu zaman uzaqdan üç nəfərin mənə tərəfə gəldiklərini gördüm. Doğrudur, onlar məni görmürdülər, ruca danışırdılar. Biznən döyüşlərdə Binəqədi polisləri və xeyi Bakı uşaqları döyüşürdü . Onlardan da çoxu rusca danışırdı. Mən də elə düşündüm ki, yəqin bunlar Binəqidi polisləridir, kəşfiyyatdan gəlirlər. Yoxsa bilsəydim ki,bu binamuslar ermənilərdir, üçünü də rahatca ata bilərdim. Bir qədər də yaxınlaşanda, soruşdum ki,siz Binəqədi polislərisiniz, hə cavabı verdilər. Yaxılaşan kimi şərəfsizin biri avtomatın qundağı ilə yaramın üstündən möhkəm zərbə endirdi. Mən bayılmışdım. Ayılanda ciblərimi yoxladılar, oradan üstü ermənicə yazılmış sümükdən düzəldilmiş bir bıçaq və ortasından güllə keçmiş bir neçə erməni pulu çıxdı. Bıçağın üstünü oxuyub dedilər ki, ha demək bizim Artuşu sən öldürmüsən ,pulunu və bıçağını da götürmüsən. Doğrudan da onu mən güllələmişdim. Bəlkə də ona on güllə vurmuşdum. Daha dinmədim. Mənə əmr etdilər ki, botinkamı geyinim, avtomatımı əlimdən alıb,qollarımı bağlayaraq, getməyə başladıq. Artıq qaranlıq düşmüşdü. Yeriməyə taqətim qalmamışdı. Təxminən 3-4 kilometr yol getdikdən sonra bir vilisə oturub, yola düşdük. Üçü də Azərbaycanca yaxşı danışırdı. Soruşdum ki, məni hara aparırsınız? Dedilər Tərtərə Hospitala. Dedim axı Tərtər arxada qaldı, dedilər narahat olma, biz başqa yol ilə gedirik. Artıq vilis yoxuşlar qalxırdı, dolaylara qalxanda təxmin etdim ki, məni Şuşaya aparırlar. Yolda pota mayor cibindən bir vəsiqə çıxarıb, dedi ki, diqqətlə bax, mən Binəqədi polisi yox, Mkrtıçyan Qarik Nersesoviçəm. İşin nə yerdə olduğu indi mənə tam aydın oldu. Maşın üçmərtəbəli uzun bir binanın qarşısında saxladı. Məni düşürüb, qollarımı açıdılar və dar bir dəmir köşkə saldılar. Halım anban pisləşirdi. Səhərə qədər dəmir qəfəsdə zarıdım, heç kim maraqlanmırdı . Sabahı gün tezdən əsil donuza oxşar bir peysər erməni gəlib qapını açdı, üzümə baxıb, hırıldadı, ha, necəsən? Qolumun üstündəki Azərbaycan bayrağını görəndə, elə bil bunu ilan vurdu. Əl atıb bayrağı zorla cırıb, çıxardı. Bir anlıq beynimdən keçdi ki, burada qurtulmağın ən yaxşı yolu ölüm şəraiti yaratmaqdır. Odur ki, lomba ilə bu donuzun üzünə tüpürdüm. Bu vəhşi məni tam bayılana qədər döydü. Ayılanda artıq o getmişdi, nisbətən bir cavan oğlan qolumdan tutub, məni qaldırdı, azərbaycanca dedi ki, dur gedək yeməkxanaya. Ətrafa baxdım, hər tərəf gül-çiçək içində idi. Nərgizin iyi adamı bihuş edirdi. Hər yan mənə tanış gəlirdi.
Qeyd edim ki, Etibar Şuşada bir neçə dəfə olmuşdu. Cıdır düzünün vurğunuydu. Cıdır düzündən Topxana meşələrinə,kəmər qayalara, xüsusən də Cıdır düzünün qaşından dərin dərəyə baxmaqdan xüsusi həzz alardı.
Nə isə girdik yeməkxanaya, qabağımıza dəmir nimçədə vermişel supu qoydular. Vermişelləri barmaqla saymaq olardı, qurdlarla vermişeli ayırd etmək çox çətin idi. Aclığın amansız şey olduğunu yalnız indi anladım. Adam nə yediyinin fərqində belə olmur. Qurtaran kimi, bu dığa yenə də qolumda tutub, məni qəfəsə tərəf apardı . Bu arada məndən haralı olduğumu soruşdu. Dedim Bakıda doğulmuşam. Bu, çox sevindi. Dedi mən də Bakılıyam. Allah bunların evini yıxsın, mənim burada nə ölümüm vardı ki, bizi bəlaya saldılar.Azərbaycanca o qədər səlis danışırdı ki, heç erməni olduğunu hiss etməzdin.Adı Arminak idi. Sən kimi lənətləyirsən? Dedi ay qardaş , bizi bu günə salan daşnaqları, erməni diasporlarını. Mənim babam da, atam da,özüm də Bakıda doğulmuşuq. Müsəlman Keşləsində hər cür şəraiti olan geniş həyət evimiz var idi. İkimərtəbəli ev 15 otaqdan ibarət idi. Mən orta məktəbi də, BDU-nun hüquq fakültəsini Azərbaycan dilində oxumuşam.
-Hə Arminak, Keşlədə atamın dostları vardı, Abdulla müəllim, Kamran. Bıy,başıma xeyir, bunlar ki, bizim ən yaxın qonşularımız idi ki. Abdulla müəllim universitetdə bizə siyasi iqtisad dərsi deyirdi. Oğlu Vüqar, qızları Leyla və Şəhla idi. Uşaqların üçü də BDU nu qurtarmışdılar. Vüqar da hüququ qurtarmışdı. Bakı şəhər prokurorluğunda işə düzəlmişdi. Artıq mən o vaxtlar Respublika prokurorluğunda böyük vəzifə daşıyırdım. Vüqar bacım Anjelanı istəyirdi, kimsə imkan vermədi. Çox yaxşı ailə idilər. Seyid Kamran da çox baməzə kişi idi. Hə Etibar,bizə hər tərəfdən göz qoyurlar, səninlə çox danışdığıma görə məni incidə bilərlər.Mənimlə mehribancasına sağollaşıb, getdi. Mən sanki nağıllar aləminə düşmüşdüm. Bunların hamısı qanımızı içməyə hazır olduqları halda,nədən Arminak mənimlə belə mehriban davransın? Bəlkə o,məni dilə çəkib, nəsə öyrənmək istəyir. Gecənin yarısı düşüncələrim bir-birini əvəz edərkən, dəmir köşkün kiçik pəncərəsindən içəri atılan şey məni diksindirdi. Ətraf zülmət qaranlıq olduğundan, heç nə seçmək mümkün deyildir. Fikirləşdim ki, bəlkə parlayıcı maddə atıblar içəıri. Dedim əşşi, islanmışın sudan nə qorxusu. Odur ki, əl atıb içəri atdıqları şeyə əl gəzdirməyə başladım. Baxdım ki torbanın icində bütöb bir kərpic çörək, bir baş soğan, dəmir qutuda quru ət yeməyi, bir də dolu bir şüşə butılka. Düşündüm ki, bu ya sudur, ya da limonad. Ağzını açanda duydum ki, konyakdır. Qaranlıq olsa da , bilmədim o yeməkləri necə yedim, butulkanı da sona çatdım. Neçə gündən bəri belə doyunca yeməmişdim. Qalan tullantıları da balaca nəfəsgahda bayıra tulladım. Səhər saat 9 radələri olardı, Arminak gəlib məni yenidən yeməkxanaya apardı. Yenə də məcburi qaydada nəsə yeyib çıxdıq. Yavaş-yavaş addımlayan Arminak dedi ki, Etibar ,sənə şad xəbər verəcəm. – O,nə şad xəbər ola bilər ki?
-Artıq səninlə sizinkilər maraqlanırlar. Yəqin ki, çox çəkməz səni aparacaqlar. Sadəcə sən burada olduğun müddətdə çox diqqətli ol. Özününkülərlə təmasdan qaç. Elə ediblər ki,hamısı bir-birini satmağa məcbur olub. Burada qara eynəkli Karina adlı ucaboy bir qız var. Ən çox ondan özünü gözlə. O,əsil vampirdir. Əsas da işi əsgərlər ilədir. Özü də idmançıdır. Hansı əsgər əlinə keçdi, boğaz damarını deşib, qanını sorur. Sən gəlməmişdən bir gün qabaq, bir əsgərin meyidi sanatoriyanın baxçasından tapıldı.
-Arminak, demək bura sanatoriya binası olub,eləmi? – Bəli, doğru tapmısan.
Birdən gözüm dikə qalxan uzun pilləkənlərlə bellərində ağır yük olan insan cərgəsinə sataşır.
Arminak, bu nədir belə? – Dostum, onlar sizinkilərdir, qocalı- cavanlı hamısını belinə 40-50 kilo daş yükləyib, pilləkənlərlə aşağı-yuxarı daşıdırlar. Hər gün bu iyrənci proses təkrar olunur. Lənət olsun bizimkilərə, insana da bu qədər zülm etməmi olar? Görürsən, bütün əsirlər qozbel olub. Hələ bu, harasıdır, əsirlərə zorla sintetik meşoklar yedirdirlər. O da həzm olmur, tıxac yaradır, bir ay, iki ay ərzində dünyalarını dəyişirlər. Eh qardaş, burada işgəncələrin sayı, hesabı yoxdur.
On iki gündən sonra məni apardılar Xankəndinə. Hospital çox səliqəli idi, hər yerdə təmizlik hökm sürürdü.Bütün palatalar yaralı əsgərlərlə dolu idi. Məni orta yaşlı bir donqaburun otağına apardılar. O məni xeyli sorğu-suala tutduqdan sonra, əlinə paslı bir cərrah aləti alıb, yaramı eşələməyə başladı, az qalırdı ürəyim keçsin, məcburi olsa da dözürdüm. Birdən o, əlini saxlayıb dedi ki, ara burada bir qəlpə var, onu indi çıxarmağa dəyməz, onsuz da səni tezliklə geri qaytaracaqlar, Bakıya gedəndə, orada bütün xəstəxanalarda bizim doktorlardan çoxdur, tapşırarıq, səni yaxşı-yaxşı müalicə edərlər.
Heç bir müalicə aparmadan məni üç gün də burada saxladılar. Bayıra çıxmaq qadağan idi. Həkimin dediyindən anladım ki, Arminak düz deyirmiş. Məni yenidən Şuşaya qaytardılar. Hər şeyi Arminaka danışdım. O da dedi ki,elə yaxşı ki, orada sənə iynə vurmayıblar. Dedim,iynə vurmasalar da 10-15 dəqiqə yaramla paslı bir dəmir parçası ilə oynadı.
Gəldiyim 16 gün idi. Arminak dedi, sənin nə vecinə dostum, sən qayıdacaqsan Bakıya, qarşıdan gələn Brazilyada keçiriləcək futbol üzrə dünya çempionatına ləzzətlə baxacaqsan. Mən bədbəxt isə bilmirəm ki, bu işgəncələrimiz nə vaxt bitib, tükənəcək?
Etibar, səncə dünya çempionu kim olacaq? -Əminəm ki, Brazilya bu şansı heç kimə təslim etməz.
-Orası doğrudur, amma Argentinanın da şansı var.
-Ola bilər.
Günlər il qədər uzun keçirdi. İyunun 3-də bir polkovnik otağa girdi. Başladı məni sorğu-sual etməyə. Ordumuz haqqında, silahlarımız və hərbi hissələrimiz haqqında bildiyim heç bir məlumatı ona vermədim .O xeyli əsəbləşsə də, rəsmi davranırdı. O rusca danışırdı. Birdən dedi ki, öz ölkənizə qayıtmaq istərdin? Cavab verdim ki, el bura bizim ölkədir də. Bundan bər əsəbləşən polkovnik əlini stola möhkəm çırpıb, donquldana-donquldana ayağa qalxdı və kinayə ilə dedi, hazırlaş, sabah rədd olub gedirsən.
Ayın 4-də tezdən məni gətirən vilis qapıda dayanmışdı. İçində 3 nəfər hərbçi vardı. Sürücüdən başqa, onlar təzə idi. Sağollaşma ərəfəsində Arminak məni ayaqyoluna çağırıb, bərk-bər qucaqladı, o üz, bu üzümdən öpüb, dedi məndə Bakıya, Abdulla müəllimgilə, Kamran dayıya salam söylə. De ki, Arminak heç vaxt sizi unutmayacaq…
Beləcə 24 gündən sonra Şuşanı tərk etdim. Və ürəyimdə Şuşaya əlvida demədim, tezliklə görüşəcəyimi pıçıldadım. Tərtər yaxınlığında məni bir erməni dığası ilə dəyişdirdilər. Bu da Azadlıq.
-Hə,iyunun 9-da Etibarı hospitala yerləşdirdik. Əhval -ruhiyyəsi çox yaxşı idi. Bir gün gördüm ki, dolabın yan tərəfinə yazıb: Baba Yurdum Çərəkdarda görüşənədək! Azərbaycanın Milli Qəhrəmanı Etibar Əliyev! Bu da ürəyimə bir xal saldı. Ayın 16-da Etibarın halı qəflətən pisləşdi. Yəhudi cərrah Rak təcili baş əməliyyatı keçirdi. Lakin vəziyyət düzəlmədi. Nədən vəziyyətin bu səmtə dəyişməsini nə illah etsəm də həkim boynuna almadı. Komaya düşdüyündən, onu aparata qoşdular. Nəhayət iyulun 9-dan 10-a keçən geçə Tərtər batalyonunun əsgəri Etibar Əliyev Şəhidlik məqamına yüksəldi.
Məzarı Bakıdakı 2-ci Şəhidlər Xiyabanındadır. Təhsil aldığı Səbail rayonundakı 162 saylı tam orta məktəbə Nazirlər Kabinetinin 25 yanvar 1995 ci il tarixli qərarı ilə Şəhid Etibar Əliyevin adı verilib. Məktəbdə Şəhidin büstü ucaldılmışdı. Gözəgörünməz qara əllər orta məktəblərdən Şəhid büstlərini yığışdırmağa start verəndə, bu, 162 saylı məktəbdən də yan keçmədi, Şəhidin büstünü yığışdırdılar.
Hazırda məktəbin həyətində Şəhidin barelyefi divara həkk edilib.
P.S. Şəhid Etibar Əliyev 1994-cü ildə 24 gün Şuşada olsa da , orada döyüş apara bilmədi. 28 ildən sonra onun layiqli davamçıları Azərbaycanımızın baş taçı olan Şuşamızı əbədi olaraq , mənfur düşməndən azad etdilər!
Uca Şəhidlərimizə əbədi eşq olsun!
Allahverdi Gündoğdu

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle