Ermənistan bu fürsəti düzgün dəyərləndirsə… – Cavanşir Feyziyev

Ermənistan bu fürsəti düzgün dəyərləndirsə… – Cavanşir Feyziyev

“Prezident İlham Əliyev 4 saat davam edən mətbuat konfransında region və dünya üçün vacib olan çoxsaylı məsələlərə aydınlıq gətirib.

İstənilən sualı cavablandırmaqdan imtina etməyən Prezident İlham Əliyev bir daha aydın fikirli strateq, səmimi bir lider və praqmatik siyasətçi kimi dünyada və bölgədə baş verən hadisələrə öz baxışlarını və dövlətimizin mövqeyini açıq-aydın şəkildə ifadə etdi  və bir daha beynəlxalq medianın rəğbətini qazandı”.

Bu sözləri millət vəkili Cavanşir Feyziyev bildirib.

Deputat qeyd edib ki, Prezident 30 il ərzində beynəlxalq qurumların Azərbaycan ərazilərinin işğalına biganəliyi, bütün bu illər ərzində işğalçı Ermənistana verilən qeyri-qanuni gizli dəstək və Azərbaycan Ordusunun qələbəsini təmin edən bütün amilləri  geniş şərh edib.

“Prezident cavablarında azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən başlamış region ölkələri arasında gələcək siyasi-iqtisadi əlaqələrin geniş diapazonuna qədər bütün məsələlərə aydınlıq gətirib.

İlham Əliyev çıxışı zamanı 10 noyabr Bəyanatın bütün müddəalarının icra olunmasının zəruriliyini qeyd etdiyini bildirən millət vəkili, erməni siyasətçilərini hər hansı fərqli fikirlərə düşməkdən çəkinməklə bağlı çağırış etdiyini də vurğulayıb.

“Prezident Ermənistan düşdüyü ağır vəziyyətdən çıxmaq üçün bütün qeyri-sağlam iddialarından əl çəkib öz qonşuları ilə, ilk növbədə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməyə başlamalı və bölgəmizdə sülhün davamlı olması üçün öz töhfəsini verməyə çalışmalı olduğunu Beynəlxalq mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.

C. Feyziyev həmçinin bildirib ki, Prezident Azərbaycanda yaşayan ermənilərin taleyi ilə bağlı verilən suala onların Azərbaycan vətəndaşları olaraq Konstitusiyamızın onlara verdiyi bütün hüquqlardan hər bir vətəndaş kimi faydalanacağını qeyd edib:

“Hər hansı bir ayrı-seçkiliyin yolverilməz olduğunu qətiyyətlə bildirən ölkə başçısı faktiki olaraq erməni sakinlərə öz həyatlarını yeni səhifədən başlamaq mesajını çatdırıb. Əslində bölgədəki bugünki reallıq 1988-ci ilin başlanğıcı ilə demək olar ki, eynilik təşkil edir.

Bu gün reallıq 30 il əvvəlki vəziyyətə qayıdıb və edilən səhvləri bir daha təkrar etməmək fürsəti yaradıb. Əgər ermənilər bu fürsəti düzgün dəyərləndirib ondan yararlana biləcəklərsə, Azərbaycan dövləti onların bu ərazilərdə daimi təhlükəsizliyini və firavan yaşayışını təmin edəcək. Mətbuat konfransında Azərbaycan Prezidentinin  ermənilər və dünya üçün verdiyi ən ciddi mesajlardan biri məhz bu idi”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle