Qarabağda türk əsgərinin sayının artırılmasına hüquqi cəhətdən hansısa əngəl qalmayıb

Qarabağda türk əsgərinin sayının artırılmasına hüquqi cəhətdən hansısa əngəl qalmayıb

Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi ermənilərin hərəkətlərinə nəzarət etməklə yanaşı, sülhməramlı qüvvələrin də xidmətinin müşahidə altında saxlanmasını təmin edir

 Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətinin müəyyən mənada noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tadığını bildirib: “Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq, amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik”.

Turkustan.info bildirir ki, Sputnik Azərbaycan Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətinin önəmi ilə bağlı siyasi hərbi ekspert Elçin Axundzadənin fikirlərini öyrənib.

Ekspert bildirib ki, birgə Monitorinq Mərkəzinin yaradılması hərtərəfli olaraq Azərbaycanın xeyrinədir: “Bu, həm də digər dövlətlərə mesajdır ki, Azərbaycan tək deyil. Düzdür, de-fakto olaraq Türkiyə həmişə bizimlə idi. Bu Mərkəzin fəaliyyətə başlaması isə Türkiyənin Cənubi Qafqazdakı proseslərə de-yure qoşulmasını təsdiqləmiş oldu. Gələcəkdə zərurət olarsa, türk əsgərinin sayının artırılmasına hüquqi cəhətdən hər hansı əngəl qalmayıb. Digər tərəfdən bu Mərkəz ermənilərin hərəkətlərinə nəzarət etməklə yanaşı, sülhməramlı qüvvələrin də xidmətinin müşahidə altında saxlanmasını təmin edəcək. Mərkəzin nəzarət funksiyası dronlar vasitəsilə həyata keçiriləcək. Əgər bu dronlar erməni yaraqlılarını aşkar edərsə və ya üçtərəfli bəyannaməni zərbə altına alan hər hansı fakt aşkar olunarsa, müvafiq addımlar atılacaq”.

Elçin Axundzadə deyib ki, Mərkəzin fəaliyyətə başlaması həm də Ermənistana mesajdır. Onun sözlərinə görə, Ermənistan tərəfindən hər hansı təxribata yol verilərsə, rus və türk əsgərləri revanşist meyllərə qarşı aktiv müdaxilə edəcəklər: “Mövcud hüquqi baza da sülhməramlıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə addımların atılmasına imkan verir. Mərkəzin fəaliyyəti prezident İlham Əliyev tərəfindən irəli sürülmüş regional əməkdaşlıq platformasının qurulmasına imkan yaradacaq. Bu meqa iqtisadi layihənin gerçəkləşməsinin regional və iqtisadi önəmini qeyd etmək lazımdır. İşğaldan azad edilmiş Zəngilan ərazisinin iqtisadi mərkəzə çevrilməsi nəzərdə tutulur. Düzdür, hazırda Ermənistanda xaotik vəziyyət hökm sürsə də, bu ölkə də regional əməkdaşlığa dəvət edilib. Monitorinq Mərkəzinin fəaliyyəti bir neçə illiyə nəzərdə tutulub. Mövcud planlar göstərir ki, Mərkəz həm də bu əməkdaşlığın davamlılığını təmin etmək üçündür”.

Siyasi hərbi ekspert qeyd edib ki, Azərbaycan ərazisində rus sülhməramlılarının fəaliyyəti ilə bağlı məsələlərə prezident İlham Əliyev aydınlıq gətirdi:

“Sülhməramlıların fəaliyyəti Azərbaycan ərazisində başqa bir ölkənin hərbi bazasının qurulması demək deyil və onlar müvəqqəti fəaliyyət göstərəcəklər. Bildirməliyəm ki, hazırkı şəraitdə rus sülhməramlılarının burada olması və fəaliyyəti lazımlıdır. Məhz bu sülhməramlıların fəaliyyəti və nəzarəti altında ermənilər işğal altında saxladıqları üç rayonu boşaltdılar. Gələcəkdə azərbaycanlı köçkünlərin yurd-yuvalarına qayıtması prosesində təhlükəsizliyinin təmin edilməsi üçün də rus sülhməramlılarından istifadə ediləcək”.

“Azərbaycan bir çox maraqların toqquşduğu məkanda yerləşir. Qarşıdakı illərdə maraqlı proseslərin cərəyan edəcəyi gözlənilir. Bu baxımdan Prezident İlham Əliyev münaqişənin həll edilməsinə baxmayaraq Azərbaycanın ordu quruculuğunu davam etdiriləcəyini və yeni müasir silahlar əldə ediləcəyini bildirdi”, – deyə E.Axundzadə bildirib.

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle