“Bizim Qarabağa göndərməyə daha uşağımız yoxdur”.
Turkustan.info xəbər verir ki, bunu Ermənistanda keçirilən etiraz aksiyalarının iştirakçısı olan 80 yaşlı qadın deyib. Sosial şəbəkələrdə yayılan videodan da aydın olur ki, artıq aksiyaçılar Qarabağı öz adı ilə çağırır və “Artsax” sözündən də imtina edirlər.
Qadının sözlərinə görə, 18 yaşlı gəncləri Ermənistandan Qarabağı qorumaq adı ilə aparıblar və onlar da oradan qaçmaq üçün müxtəlif yollar axtarırlar: “Qoy Qarabağı qara şüşəli maşınlarda gəzən, boynu yoğun olanlar qorusun. Bizim daha Qarabağa göndərəcək uşağımız yoxdur”.
Məlumat üçün bildirək ki, videosüjeti erməni dili üzər mütəxəssis İsmayıl Tanrıverdi tərcümə edib.
(cebhe.info)