Bəzi şəxslərdə koronavirusa qarşı peyvənd olunduqdan sonra antitel yaranmır.
Turkustan.info xəbər verir ki, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, epidemioloq Aleksandr Qorelov bunun səbəblərinə aydınlıq gətirib. Bildirib ki, antitelin zəif yaranması və ya yaranmaması immunfəallığın azlığı ilə əlaqədardır:
“İnsanlar müxtəlifdir. Hər kəsin orqanizmi də fərqlənir. Bəzilərində orqanizmdə antitel tez və güclü olur, bəzilərində isə az və zəif yaranır. Virusla bir dəfə qarşılaşan istənilən orqanizm onu bütün ömrü böyu “yaddaşında saxlayır”.
Xatırladaq ki, koronavirsa yoluxan şəxslərin orqanizmində antitel yarandığına görə onlara bir neçə ay müddətində peyvənd vurulmur. /cebhe.info/