“Avropanın təhlükəsizliyini Avropa Birliyinə daxil olmayan Böyük Britaniya, ABŞ və Türkiyə qoruyur”.
Turkustan.info xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Avropa Birliyi NATO-nun üzvü olan bu ölkələrlə yaxşı münasibətlər qurmalıdır. Alyans rəhbərinin sözlərinə görə, Suriya və İraqla sərhədi olan Türkiyənin İŞİD, beynəlxalq terrorizmə qarşı mübarizədə rolu son dərəcə önəmlidir. /Metbuat.az/