Naxçıvan Muxtar Respublikasının sabiq Daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov Naxçıvanda həbs edilib.
Turkustan.info-nun Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, Ə. Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.