Səudiyyə hasilatı artırır – Bakı nefti dəyər itirəcək? – EKSPERT AÇIQLADI

Səudiyyə hasilatı artırır – Bakı nefti dəyər itirəcək? – EKSPERT AÇIQLADI

Aprel ayından başlayaraq Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” günlük neft istehsalını 26% artıracaq. Artıq bu barədə rəsmi məlumatlar dünyanın aparıcı nəşrlərində yer alıb.

Turkustan.info xəbər verir ki, hazırda dünyanın əsas istehsalçısının sərhədləri daxilində gündəlik 9,7 milyon barel həcmində neft çıxarılır. Belə olan halda Ər-Riyadın gündəlik neft hasilatı 12,3 milyon bareli ötəcək.

Bir çox ekspertlər hesab edir ki, Səudiyyənin neft hasilatını artırması Azərbaycan neftinin dünya bazar qiymətlərinə də təsir göstərəcək. Hətta qiymətlərin kəskin düşəcəyini proqnozlaşdıranlar da var.

Neft sahəsi üzrə ekspert İlham Şaban isə fərqli fikirdədir. O, Publika.az-a açıqlamasında söyləyib ki, Səudiyyə Ərəbistanının hasilatı artırmasının bizim üçün o qədər də “istisi-soyuğu” yoxdur:

“Hansısa ölkənin neft hasilatını artırmasının və ya azaltmasının Azərbaycan üçün bu və ya digər formada qlobal əhəmiyyəti yoxdur. Çünki biz OPEC+ ölkələri çərçivəsindəki öhdəliklərimizə cavabdehik. OPEC və ya OPEC+ qarşısında öhdəlik götürən dövlətlər də götürdükləri öhdəliklər üçün cavab verirlər. Ümumən ayda bir dəfə OPEC-in hesabatı açıqlanır”.

İlham Şabanın sözlərinə görə, o hesabatdan da görürük ki, kimlər hasilatı artırıb və ya azaldıb:

“Kvotanı keçənlər arasında İranın, Nigeriyanın adları var. Digər ölkələrin hasilatı isə dünya bazarına çıxarılacaq neftin ümumi fonunun həcmini dəyişmir. Nəticədə bu da neft istehlak edən ölkələrin ehtiyatlarının azalmasına təsir göstərir. Neft ehtiyatlarının azalması isə fevral ayından bu günə kimi qiymətlərin 60 dollar həcmində qalmasının başlıca amilidir”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle