Mirzə Bala Məhəmmədzadənin dünyagörüşündə Türkçülük, Azərbaycançılıq və İstiqlalçılıq

Mirzə Bala Məhəmmədzadənin dünyagörüşündə Türkçülük, Azərbaycançılıq və İstiqlalçılıq

 

Qeyd: Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin  maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

IV Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Mir­zə Ba­la Mə­həm­məd­za­də hesab edirdi ki, çağdaş dövrdə Türk Fe­de­ra­si­ya­sı­nı, Türk birliyini vü­cu­da gə­tir­mək üçün, əv­vəl­cə or­taq bir dil, din və mə­də­niy­yət sa­hi­bi olan xalq­lar ara­sın­da bir­lik ol­ma­lı­dır. Bu isə di­ni bir­lik­dən çox, mil­li bir­lik­lə möv­cud ola bi­lər. O, ya­zır­dı: “Yal­nız bu mü­na­si­bət bü­tün mü­səl­man­la­rı me­xa­ni­ki bir su­rət­də bir­ləş­di­rən “İt­ti­ha­di-İs­lam”dan iba­rət ola bil­məz. “İt­ti­ha­di-İs­lam” qey­ri-müm­kün bir mif, bir eti­qad­dır. Ək­si­nə, bü­tün türk­lə­rin, bü­tün fars­la­rın, bü­tün ərəb­lə­rin can­lı bir vü­cud ki­mi bir­ləş­mə­lə­ri həm müm­kün, həm də ar­zu edi­lən­dir. Mü­səl­man olan mil­lət­lər bi­rər mil­lət və bi­rər mil­li hö­kü­mət ha­lı­na gəl­dik­dən son­ra be­lə “İt­ti­ha­di-İs­lam” de­yil, İs­lam İt­ti­fa­qı müm­kün ha­di­sə ola bi­lər. An­caq be­lə bir si­ya­si it­ti­faq möv­cud ol­ma­sa da mə­də­ni bir it­ti­faq var­dır və ol­ma­lı­dır. Bü­tün Türk­lər öz ara­la­rın­da bü­tün dün­ya fe­de­ra­si­ya­sı­na bir ad­dım at­maq üçün bir fe­de­ra­si­ya ya­rat­ma­lı­dır­lar. “Ye­ni Tu­ran Bir­li­yi” an­caq müs­tə­qil Türk hö­ku­mət­­lə­ri­nin fe­de­ra­si­ya­sı şək­lin­də tə­səv­vür olu­na bi­lər ki, Azər­bay­can da bu Müs­tə­qil Tu­ran sil­si­lə­si­nin mü­hüm bir həl­qə­si­dir”.[1]

O, ya­zır­dı ki, hə­lə çar Ru­si­ya­sı­nın da­ğıl­ma­sı ərə­fə­sin­də türk­çu­lər və tu­ran­çı­lar va­hid türk döv­lə­ti­nin qu­rul­ma­sı is­tə­yin­də bu­lun­sa­lar da, bu­nun im­kan­sız ol­du­ğu­nu an­la­mış­dı­lar: “Ru­si­ya­nın xa­ra­ba­lıq­la­rı üzə­rin­də va­hid de­yil, ay­rı-ay­rı türk döv­lət­lə­ri qu­ru­lur və ya­xud qu­rul­maq is­tə­nir. Dün­ya türk­lə­ri­nin geo­po­li­tik və­ziy­yə­ti, coğ­ra­fi və­ziy­yət eti­ba­ri­lə da­ğı­nıq və bir-bi­ri­lə­rin­dən uzaq ol­ma­la­rı, on­la­rı ay­rı-ay­rı döv­lət­lər qur­ma­ğa sövq et­miş­di. Doğ­ru­dur, “Mü­sa­vat” fir­qə­si bu və­ziy­yə­ti nə­zə­rə al­mış və bu mil­li döv­lət prin­sip­ni di­lə gə­ti­rər­kən bir gün bu döv­lət­lə­rin fe­de­ra­si­ya ya­ra­da­caq­la­rı­nı tə­səv­vür et­miş­di. Fə­qət o “bir gün” uzaq, bu gün isə ya­xın idi. Türk dün­ya­sı­nın geo­po­li­tik və­ziy­yə­ti, mə­də­niy­yət və kül­tür xü­su­sun­da ey­ni məf­ku­rə, qa­yə və tak­ti­ka­ya sa­hib müx­tə­lif türk el­lə­ri­ni si­ya­si-döv­lət­çi­lik sa­hə­sin­də mə­həl­li yurd­çu­luq-və­tən­çi­lik yo­lu­na sövq et­miş­di”.[2] Onun fik­rin­cə, bir bü­tün hal­da baş­la­yan türk mil­li hə­rə­ka­tı­nın ay­rı-ay­rı yurd­çu­luq və mil­li döv­lət­çi­lik ha­lı­na gəl­mə­sin­də si­ya­si, coğ­ra­fi, iq­ti­sa­di və stra­te­ji sə­bəb­lər mü­hüm rol oy­na­mış­dı.

Məhz bu sə­bəb­lə­rin nə­ti­cə­si­dir ki, Tür­ki­yə­də mil­li hə­rə­ka­ta baş­la­yan­lar yal­nız Tür­ki­yə türk­lə­ri­ni dü­şün­müş, on­la­rın proq­ra­mın­da Tür­ki­yə xa­ri­cin­də­ki türk­lər­dən bəhs olun­ma­mış, hət­ta Tür­ki­yə Mi­sa­qi-mil­li­ni ger­çək­ləş­dir­mək üçün Qər­bi Av­ro­pa im­pe­ria­list­lə­ri ilə dö­yüş­də Tür­küs­tan, Krım, İdil-Ural və Azər­bay­can türk­lə­ri­nin mü­ba­ri­zə apar­­dıq­la­rı Ru­si­ya ilə müt­tə­fiq ol­maq məc­bu­riy­yə­tin­də qal­mış­dı. Tür­ki­yə Cüm­hu­riy­yə­ti qu­rul­duq­dan son­ra da bu pro­ses da­vam et­miş və türk bir­li­yi uğ­run­da mü­ba­ri­zə apa­ran “Türk oca­ğı” əv­vəl­cə fəa­liy­yə­ti­ni Tür­ki­yə ilə məh­dud­laş­dır­mış, da­ha son­ra isə bir müd­dət qa­pan­mış­dır. Məm­məd­za­də ya­zır: “Ar­tıq Tür­ki­yə­də bir Tür­ki­yə türk­çü­lü­yü doğ­muş­du və bu ha­lın cı­ğı­rın­dan sap­mış bir xə­ta­sı ol­maq üz­rə “Ana­do­lu mi­ləlt­çi­li­yi” epi­zo­du da mü­şa­hi­də edil­miş­di. “Ana­do­lu” məc­muə­si ət­ra­fın­da top­la­nan bir qrup zi­ya­lı­lar­dan iba­rət züm­rə­nin irə­li sürd­yü id­dia­ya gö­rə türk­lük bir mil­lət de­yil, bir irq­dir və bu ir­qə Ana­do­lu, Azər­bay­can, Tür­küs­tan və i.a. ki­mi mil­lət­lər da­xil­dir”. [3]

Doğ­ru­dan da bu dövr­də, türk­çü­lü­yün ideo­lo­qu sa­yı­lan Z.Gö­kalp be­lə türk­çü­lü­yün və tu­ran­çı­lı­ğın re­al si­ya­si-ideo­lo­ji hə­də­fi ki­mi tür­ki­yə­çi­li­yi gö­tür­müş­dü. Onun fik­rin­cə, uzaq gə­lə­cək­də oğuz­çu­luq və da­ha son­ra tu­ran­çı­lıq müm­kün­dür ki, bu isə da­ha çox si­ya­si de­yil, mə­də­ni bir­lik ma­hiy­yət­li idi. Gö­kalp ya­zır: “Yüz mil­yon tür­kün bir mil­lət ha­lın­da bir­ləş­mə­si türk­çü­lər üçün qüv­vət­li bir coş­qun­luq qay­na­ğı­dır. Tu­ran məf­ku­rə­si ol­ma­say­dı, türk­çü­lük bu qə­dər sü­rət­lə ya­yıl­ma­ya­caq­dı. Bu­nun­la bə­ra­bər, kim bi­lir, bəl­kə gə­lə­cək­də Tu­ran ül­kü­sü­nün ger­çək­ləş­mə­si də müm­kün ola­ca­qıdr”. [4]

M.B.Mə­həm­məd­za­də qeyd edir­di ki, ar­tıq türk­çü­lük-türk bir­li­yi ki­mi ro­man­tik tu­ran­çı­lıq da əs­ki mə­na­sı­nı ta­ma­mi­lə də­yiş­dir­miş­di. Türk­çü­lük və tu­ran­çı­lıq mə­sə­lə­sin­də, “Mü­sa­vat”ın 1936-cı il­də qə­bul et­di­yi “Ye­ni proq­ram əsas­la­rı”na gö­rə, ümu­mi türk­çü­­lük­lə azar­bay­­can­çı­lı­ğı ide­al bir su­rət­də bir­ləş­dir­mə­yə na­il ol­maq la­zım idi. Yə­ni mü­sa­vat­çı­lar türk mə­də­ni bir­li­yi­nə sa­diq və bağ­lı qal­maq­la ya­na­şı, müs­tə­qil Azər­bay­can türk­çü­lü­yü ide­ya­sı­nı mü­da­fiə edir­di­lər. O, ya­zır­dı: “Mü­sa­vat­çı­lıq bö­yük türk kül­tü­rü­nə bağ­lı, mil­li, mə­də­ni və in­sa­ni də­yər­lə­ri mə­nim­sə­yən, hür­riy­yət, cüm­hu­riy­yət və is­tiq­lal idea­lı­na sa­diq Azər­bay­can və­tən­se­vər­li­yi­dir. Bö­yük türk­lü­yə mən­sub bir məm­lə­kət ol­ma­sı sə­bə­bi­lə Azər­bay­can di­gər türk el­lə­ri ilə kül­tü­rəl su­rət­də bağ­lı­dır. Bu bağ­lı­lı­ğın bun­dan əv­vəl ol­du­ğu ki­mi, bun­dan son­ra da qo­run­ma­sı­nı mü­sa­vat­çı­lıq cid­diy­yət­lə mü­da­fiə edər”.[5]

Mir­zə Ba­la­ya gö­rə, türk­çü­lük ən yük­sək səa­dət ma­hiy­yə­tin­də ol­du­ğu üçün, mil­li­yə­tə bağ­lı qal­maq, mil­lət ki­mi ya­şa­maq, ya­ban­çı­laş­maq­dan qur­tu­lub mil­lə­tə dön­mək, mən­sub ol­du­ğu mil­lət Türk ol­du­ğu üçün, Türk­ləş­mək, Türk ola­raq ya­şa­maq, Türk ola­raq qal­maq de­mək­dir. Türk­çü­lü­yün hə­də­fi olan Tu­ran­çı­lı­ğın məq­sə­di So­vet im­pe­ra­tor­lu­ğu­nu par­ça­la­maq, So­vet əsa­rə­ti al­tın­da in­lə­yən əsir mil­lət­lə­ri qur­tar­maq, Mosk­va­nı dün­ya sül­hü üçün təh­lü­kə təş­kil et­mə­yə­cək bir ha­la gə­tir­mək­dir ki, bu da Türk dün­ya­sı­nın, o cüm­lə­dən də Tür­ki­yə­nin əmin-aman­lı­ğı de­mək­dir.[6]

Mir­zə Ba­la hə­lə,  1918-ci ilin əv­vəl­lə­rin­də Tif­lis­də Qaf­qaz Kon­fe­de­ra­si­ya­sı­nın qu­rul­ma­sı məq­sə­di ilə ya­ra­dı­lan təb­li­ğat­çı­lar qru­pu­nun üz­vü ki­mi fəa­liy­yət gös­tə­rə­rək Qaf­qaz Fe­de­ra­tiv Cüm­hu­riy­yə­ti­nin ya­ra­dıl­ma­sı­na ça­lış­mış, Qaf­qaz­da bir­li­yin, bə­ra­bər­li­yin qo­ru­nub sax­la­nıl­ma­sı məq­sə­di ilə ya­ra­dı­lan Qaf­qaz Tə­lə­bə­lə­ri­nin Mər­kə­zi Ko­mi­tə­si­nin rus­ca-türk­cə ya­yın­la­dı­ğı ay­lıq “Gənc­lər sə­da­sı” dər­gi­si­nin önəm­li ya­zar­la­rın­dan bi­ri ol­muş­dur. Mir­zə Ba­la bu ko­mi­tə he­yə­ti ilə bir­gə qə­sə­bə­lər­də, kənd­lər­də, fa­birk­lər­də təb­li­ğat apa­ra­raq Qaf­qaz Fe­de­ra­tiv Cüm­hu­riy­yə­ti­nin ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də önəm­li rol oy­na­mış­dı. [7]

Bu mə­sə­lə­də də Rə­sul­za­də ide­ya­la­rı­nın da­vam­çı­sı olan Mə­həm­­məd­za­də, Qaf­qaz­çı­lıq ide­ya­sı­nı mü­ha­ci­rət­də ya­şa­dı­ğı dövr­də də da­­vam et­dir­miş­dir. Xü­su­si­lə də, 1930-cu il­lər­də tə­şək­kü­lü və fəa­liy­yə­tin­də Azər­bay­can si­ya­si mü­ha­cir­lə­ri­nin də ya­xın­dan iş­ti­rak et­di­yi “Qaf­qaz Kon­fe­de­ra­si­ya­sı Şu­ra­sı” fəa­liy­yə­tə baş­la­­mış­dı.

Qaf­qaz xalq­la­rı­nın coğ­ra­fi, iq­ti­sa­di və ta­ri­xi əla­qə­­lə­ri­ni on­la­rın bir­lik­də ya­şa­ma­sı­nı şərt­lən­di­rən amil sa­yan Mə­həm­məd­­za­də gös­tə­rir­di ki, Qaf­qaz xalq­la­rı ay­rıl­dıq­la­rı za­man əsa­rə­tə düş­müş, bir­ləş­dik­lə­ri za­man qur­tul­muş­lar. Onun üçün­dür ki, Tür­kis­tan­da, Qu­zey Qaf­qaz­da, İdil-Ural­da “par­ça­la və hökm et” si­ya­sə­ti­ni tət­biq edən Mosk­va hə­mi­şə Za­qaf­qa­zi­ya­da bir­li­yi ən­gəl­lə­miş­dir.[8]

“Mü­sa­vat”ın 1936-cı il­də Var­şa­va­da ke­çi­ri­lən 3-cü qu­rul­ta­yı­nın “Ye­ni proq­ram əsas­la­rı”na gö­rə, Azər­bay­can türk­lə­ri müs­tə­qil­lik əl­də et­mək üçün Qaf­qa­zın di­gər mil­lət­lə­ri ilə bir yer­də mü­ba­ri­zə apar­ma­lı və hət­ta on­lar­la kon­fe­de­ra­tiv döv­lət­də bir­ləş­mə­yi be­lə is­tis­na et­mə­mə­li idi. Mə­həm­məd­za­də də Mü­sa­va­tın “Ye­ni proq­ram əsas­la­rı” proq­ra­mın­dan çı­xış edə­rək qeyd edir­di ki, Azər­bay­can mil­li ide­ya­sı­nın möv­cud­lu­ğu­na sə­bəb isə Şər­qi Av­ro­pa ilə Ya­xın Şər­qi bir­ləş­di­rən və Xə­zər­lə Qa­ra də­niz ara­sın­da yer­lə­şən Qaf­qa­zın ay­rıl­ma­sı qey­ri-müm­kün olan bir üz­vü­dür: “Qaf­qaz mil­lət­lə­ri müx­tə­lif bağ­lar­la bir-bir­lə­ri­nə o qə­dər bağ­lı­dır­lar ki, ha­mı­sı müs­tə­qil və həm­rəy ol­ma­dan heç bi­ri azad­lı­ğı­nı qo­ru­ya bil­mir. Azər­bay­can mə­sə­lə­si bü­tün Qaf­qaz mə­sə­lə­si­nin bir par­ça­sı­dır. Qaf­qaz­da müs­təs­na və nü­fuz­lu bir yer tu­tan Azər­bay­can öz is­tiq­la­lı­nı əl­də edib qo­ru­maq üçün Qaf­qa­zın di­gər mil­lət­lə­ri ilə əl-ələ yü­rü­mək məc­bu­riy­yə­tin­də­dir”. [9]

Qaf­qaz xalq­la­rı­nın bir gün ye­ni­dən öz müs­tə­qil­li­yi­ni əl­də edə­cə­yi­nə ina­nan mü­tə­fək­kir, 1958-ci il­də qə­lə­mə al­dı­ğı  “Qaf­qaz İs­tiq­lal ela­nı­nın 40-cı il­dö­nü­mü mü­na­si­bə­ti ilə” ad­lı mə­qa­lə­sin­də ya­zır­dı ki, bu gün Qaf­qaz Ru­si­ya­nın iş­ğa­lı al­tın­da ol­sa da, an­caq üs­yan ha­lın­da­dır: “Qaf­qaz bu gün bol­şe­vik­lə­rin ha­ki­miy­yə­ti al­tın­da mil­liy­yət və is­tiq­lal atə­şi ilə tu­tuş­muş bu­lu­nu­yor. Bol­şe­vik is­ti­la­sı­nın ara­dan qalx­ma­sı ilə Qaf­qaz xalq­la­rı­nın əl­də edə­cək­lə­ri ba­ğım­sız­lıq və hür­riy­yət Ya­xın Şər­qi də ra­ha­ta qo­vuş­du­ra­caq­dır. Bu eti­bar­la bu gün So­vet­lər Bir­li­yi­nin hər­bi ba­za­sı olan Qaf­qaz bu iş­ğal­dan qur­tul­duq­dan son­ra bü­tün dün­ya üçün bir ba­rış və gü­vən ün­sü­rü ola­caq­dır”.[10]

Onun dün­ya­­gö­rü­şün­də mil­li mə­də­niy­yət, mil­li əx­laq mə­sə­lə­lə­ri də mü­hüm yer tut­muş­dur. Mə­həm­məd­za­də doğ­ru ya­zır­­dı ki, hər bir mil­lət ma­hiy­yət­cə də, for­ma­ca da mil­li mə­də­niy­yət­dən çı­xış et­mə­li­dir. Əks təq­dir­də mil­li mə­də­niy­­yət­dən uzaq qa­lan bir döv­lət­də Qa­car­lar da, Os­man­lı­lar da ol­du­ğu ki­mi, uçu­rum­lar ya­ra­nar və üs­yan­lar çı­xar: “Əs­ki sa­ray zeh­niy­yə­ti­lə “ma­hiy­yə­ti” və hər şe­yi kən­di­lə­rin­dən iba­rət bi­lən kom­mu­nist­lər çox də­rin qəf­lət içə­ri­sin­də idi­lər. Azər­bay­ca­nın hə­qi­qi və­ziy­yə­ti­ni ob­yek­tiv ba­xış­la gö­rə bil­mə­dik­lə­rin­dən fi­kir­lə­rin­də is­rar edir­di­lər. Hal­bu­ki şə­kil­cə və ma­hiy­yət­cə Türk olan Azər­bay­can mə­də­niy­yə­ti ye­ni şə­ra­it içə­ri­sin­də bu mə­də­niy­yə­ti ma­hiy­yət­cə da­ha çox türk­ləş­dir­miş və mil­li­ləş­dir­miş­dir”. [11]

O,  mil­li qüv­və­lə­rin əv­vəl­cə ərəb əlif­ba­sın­dan la­tı­na ke­çil­mə­si­nə eti­raz et­mə­lə­ri­nə sə­bəb ola­raq, bol­şe­vik­lə­rin məkr­li niy­yət­lə­ri­ni və bu­nun Az­­ər­­­bay­can ilə Türk dün­ya­sı ara­sın­da əla­qə­lə­rə zər­bə ol­ma­sı­nı gös­tər­miş­di. [12] O, doğ­ru ya­zır­dı ki, so­vet ideo­loq­la­rı rus­­laş­dır­ma nə­ti­cə­sin­də ya­rı rus­ca, ya­rı türk­cə olan “in­ter­na­sio­nal” dil ya­ra­dır­dı­lar. [13]

Ümu­mi­lik­də, Mə­həm­məd­za­də­nin mü­da­fiə et­di­yi ide­ya­la­rın əsa­sın­da Azər­bay­can türk­çü­lü­yü və İs­tiq­lal­çı­lıq da­yan­mış­dır. Onun  dün­ya­gö­rü­şün­də “mil­li Azər­bay­can”, “azər­bay­­can­­çı­lıq”, “azər­bay­­can­­izm”, “Azər­bay­can mil­li ide­ya­sı” de­dik­də də, yal­nız  ümu­mi türk­çü­lü­yün do­ğur­­du­ğu və onun müs­tə­qil bir his­sə­si­nə çev­ril­miş Azər­bay­can türk­çü­lü­­yü ifa­də olun­muş­dur. An­caq onun si­ya­si fəl­sə­fə­sin­də azər­bay­can­çı­lıq yal­nız türk­çü­lük­lə məh­dud­laş­­ma­­mış, ey­ni za­man­da is­tiq­lal­­çı­lı­ğı, mü­sa­vat­çı­lı­ğı, xalq­çı­lı­ğı və döv­lət­çi­li­yi də özün­də əks et­dir­miş­dir.[14] Mə­həm­­məd­­za­də azər­bay­can­çı­lıq və türk­çü­lük ara­sın­da­kı mü­na­si­bət­lə­rə xü­su­si­lə diq­qət et­miş­dir. Bu­na sə­bəb də, bir çox qüv­və­lə­rin müm­kün ol­du­ğu qə­dər azər­bay­can­çı­lı­ğı türk­çü­lük­dən uzaq­laş­dır­maq cəhd­lə­ri idi. O, ya­zır­dı: “Azər­­bay­­can­çı­lıq ide­ya­sı­nı or­ta­ya at­maq­la biz heç də türk­çü­lü­yü in­kar et­mi­rik, an­caq Azər­bay­can Və­tə­ni ide­ya­sı­nı bi­rin­ci ye­rə ke­çi­rir, Azər­­bay­ca­nın coğ­ra­fi sər­həd­lə­ri da­xil­­in­də mil­lə­tin yek­dil­li­yi­ni və vəh­də­ti­ni bi­rin­ci də­rə­cə­li və­zi­fə ki­mi irə­li sü­rü­rük”. [15]

O, Azər­bay­can mil­li ide­ya­sın­dan (Azər­bay­can türk­çü­lü­yü və İs­tiq­lal­çı­lıq) son­ra ən çox diq­qət et­di­yi ide­ya­lar Tu­ran­çı­lıq/ Türk­çü­lük, Qaf­qaz­çı­lıq və Mil­li həm­rəy­lik (so­li­da­rizm) ol­muş­dur. Mə­həm­məd­­za­də üçün Tu­ran­çı­lıq/Türk­çü­lük Azər­bay­can türk­çü­lü­yü­nü və İs­tiq­lal­­çı­lı­ğı ayaq üs­tə tut­maq üçün əsas nü­və he­sab olu­nur­du. Çün­ki Tu­ran­çı­lıq/Türk­­çü­lük Azər­bay­can türk­çü­lü­yü­nün və mil­li is­tiq­lal­çı­­lı­ğı­ın var ol­ma sə­bə­bi idi. Əgər Türk­çü­lük zə­if­lə­yən­də də, güc­lə­nən­də də bun­dan ən çox tə­sir­lı­nən məhz Azər­bay­can türk­çü­lü­yü idi.

 

[1] Мəhəmmədzadə М.BБ. Аzərbaycan Milli Xartiyası. 28 Mayıs İstiqlal bəyannaməsinin təhlili. “Аzərbaycan” ədəbi-bədii jurnalı, №4, Bakı, 1991, s. 140

[2] Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1992, s.201-202

[3] Yenə orada, s.206

[4] Gökalp Z. Türkçülüyün əsasları. Bakı, Maarif, 1991, s.38

[5] Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1992, s.209

[6] Mehmetzade M.B. Türklük ve Komunizm. “Azerbaycan” dergisi, yıl:19, sayı 201, Аnkara 1970, s.4

[7] Əhmədli R. Mirzə Bala Məhəmmədzadənin ictimai-siyasi görüşləri.Bakı, Ozan, 2017, s.58-59

[8] Mehmetzade M.B. “Maverayi – Qafqasya  Federasiyası nədən dağıldı?”, “Kurtuluş” dergisi, yıl:3, sayı: 21, Temmuz-Аgustos, Berlin,  1936, s.14

[9]Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1992, s.210

[10] Məmmədzadə M.B. Qafqaz İstiqlal elanının 40-cı ildönümü münasibəti ilə. «Dərgi», yıl: №12, Мünih 1958, s.3-17

[11] Məmmədzadə M.B. Köylü hərəkatı. Lenin milli siyasəti. Bakı, 2007, s.53

[12] Məmmədova Fatimat. Azərbaycan mühacirətinin kulturoloji irsində dil problemi. Bakı, «Elm», 2009, s.56

[13] Mehmetzade M.B. Sovyet Azerbaycanda Türk dilinin ruslaşdırma ve imha siyaseti hakkında. Kurtuluş, Berlin, 1936, №20, s.56

[14] Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1992, s.12

[15] Mehmetzade M. B. Azerbaycan Misaqi-Millisi. Ankara, 2002, s.54

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle