“ABŞ-ın Donbassda hərbi qarşıdurmaya müdaxilə ehtimalı azdır”

“ABŞ-ın Donbassda hərbi qarşıdurmaya müdaxilə ehtimalı azdır”

Ruslan Bortnik: “Çətin ki, Bayden Ukraynaya amerikalı hərbçilərin göndərilməsinə söz versin”

Ukrayna Siyasi Təhlil və İdarəetmə İnstitutunun direktoru Ruslan Bortnik ABŞ-ın Donbassdakı münaqişədə iştirakı ehtimalını qiymətləndirib.  Turkustan.info-nun xəbərinə görə, Bortnik “Lenta.ru”ya deyib ki, ABŞ Ukraynanı məhdud kəşfiyyat məlumatları, hərbi mənbələr və siyasi-diplomatik müstəvidə dəstəkləməyə hazırdır.

“Amma çətin ki, ABŞ Prezidenti Co Bayden Donbassda münaqişə vəziyyətində Ukraynaya amerikalı hərbçilərin göndərilməsinə söz versin. ABŞ-ın bu vəziyyətə müdaxilə etməsi ehtimalı azdır. 2008-ci ilin avqust ayında Gürcüstanda baş verən hadisələrin nümunəsi yaddaşlarda hələ də təzədir”, – deyə Bortnik qeyd edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski NATO Baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı Ukraynanın NATO-ya üzvlüyünün Donbassdakı müharibəyə son qoymağın yeganə yolu olduğunu deyib. Ölkə başçısı Ukrayna Ordusunda islahatlar aparıldığını, ordunun gücləndiyini, amma bunların Rusiyanı dayandıra bilməyəcəyini qeyd edib.

Aprelin 2-də isə Zelenski ilk dəfə Baydenlə telefonla danışıb. Təxminən bir saat davam edən telefon danışığı zamanı Bayden Zelenskiyə Ukraynada və ətrafında baş verənlər barədə tam məlumata malik olduğunu bildirib.

“Prezident Bayden Rusiyanın Donbass və Krıma təcavüzü qarşısında Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstək verəcəyini bildirdi”, – deyə Ağ Evin rəsmi açıqlamasında vurğulanıb.

Xatırladaq ki, son həftələrdə Donbassdakı təmas xəttində vəziyyət, 27 iyul 2020-ci il tarixində elan edilmiş müddətsiz atəşkəsə baxmayaraq daha da pisləşib.    /ayna.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle