İrəvanda aksiya: etirazçılar hökumətə türk fəsi apardılar- Foto

İrəvanda aksiya: etirazçılar hökumətə türk fəsi apardılar- Foto

Ermənistanın baş naziri Rusiya paytaxtında səfərdə olduğu saatlarda İrəvanda etiraz aksiyası keçirilib.

Erməni mediası xəbər verir ki, bu dəfə etirazçılar qadınlar olub. “BETO” hərəkatının üzvləri olan qadınlar Paşinyanın istefası tələbilə paytaxt küçələrində yürüşə başlayıblar.
Şarl Aznavur meydanından başlayan yürüş-mitinq daha sonra hökumət binası qarşısında, Respublika meydanında davam etdirilib.
Etirazçılar polis kortonunu yararaq hökumət binasına daxil olmağa cəhd göstərib. Bu zaman aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib. Polis aksiya fəallarını saxlayıb. Bu zaman qadınlardan biri “mənim evim türklərin əlində qalıb. Siz kimi müdafiə edirsiniz”, -deyə, hay-küy qoparıb.
Əlində türk kişilərə məxsus fəsə bənzər baş geyimi tutmuş digəri isə hökumətə xitabən “sizə türk fəsi gətirmişik, sağlıqla geyinin”,-deyə qışqırıb.
Son məlumata görə, 15 nəfər saxlanılıb ki, onların arasında 44 günlük müharibədə məhv edilmiş kapitan İşxan Petrosyanın bacısı da var. Hərəkat üzvü Aleksandra Arutyunyan isə toqquşmalarda ayağından xəsarət alıb. (musavat.com)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle