Kim Çen Innın koronavirusla bağlı iddiası ÜST-ü şoka saldı  

Kim Çen Innın koronavirusla bağlı iddiası ÜST-ü şoka saldı  

Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreyanın səlahiyyətli şəxsləri ÜST nümayəndələrinə bildiriblər ki, bu günə qədər ölkədə Covid-19 virusu aşkar edilməyib.

Turkustan.info xarici KİV-lərə istinadən bildirir ki, səlahiyyətli şəxslər bununla bağlı ÜST-ə hesabat göndəriblər.

Hesabatda bildirilib ki, hələ bir nəfərdə belə yoluxma qeydə alınmayıb. ÜST-ün Şimali Koreya üzrə nümayəndəsi Edvin Salvador da qeyd edib ki, pandemiyanın başladığı gündən bəri ölkə daxilində 23 121 adam testdən keçirilib və bütün nəticələr neqativ olaraq qeydə alınıb.

Şimalı Koreya rəhbəri Kim Çen Inn və digər rəsmilər dəfələrlə ölkədə heç bir koronavirus yoluxması aşkarlanmadığını açıqlayıblar. Lakin mediaya sızan xəbərlərə görə, vəziyyət heç də deyildiyi kimi deyil, Şimali Koreya koronavirusa qarşı vaksinlər əldə etmək üçün müxtəlif tədbirlər görür.

Qeyd edək ki, 2020-ci ilin yanvarında dünyada koronavirus pandemiyası başlayan vaxtdan Şimali Koreya az qala dünya ilə bütün əlaqələrini kəsib, sərhədlərini bağlayıb.

Ötən gün isə Şimali Koreya pandemiya səbəbindən Tokyo Olimpiadasında iştirak etməyəcəyini açıqlayıb. (musavat.com)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle