Gürcüstan parlamenti Donbassdakı vəziyyətlə bağlı Ukraynaya dəstək bəyanatı qəbul edib

Gürcüstan parlamenti Donbassdakı vəziyyətlə bağlı Ukraynaya dəstək bəyanatı qəbul edib

Bu gün Gürcüstan parlamentinin xarici əlaqələr komitəsi Donbassda eskalasiya vəziyyəti ilə bağlı olaraq Ukraynaya dəstək bəyanatı qəbul edib.

Turkustan.info-nun RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə xarici əlaqələr komitəsinin rəhbəri, deputat Nikoloz Samxaradze bildirib. 

“Gürcüstanı və Ukraynanı xüsusi münasibətlər, dostluq və strateji tərəfdaşlıq bir-birinə bağlayır. Buna görə də biz Gürcüstanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyini bir daha təsdiqlədik”, – deyə deputat vurğulayıb. 

Onun sözlərinə görə, sənəddə o da vurğulanıb ki, Gürcüstan NATO və Ukrayna arasında əlaqələrin dərinləşməsini alqışlayır və sabitliyin zəmanətçisi kimi NATO-nun Qara dəniz regionunda daha fəal iştirakını dəstəkləyir.

Xatırladaq ki, son günlər Ukraynanın şərqində vəziyyət gərginləşib. Ukrayna Müdafiə Nazirliyi separatçıların atəşkəsi pozması nəticəsində iki ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb.   /APA/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle