“Rusiya niyə Azərbaycanla düşmənçilikdə maraqlı olsun ki?” – Zərdüşt Əlizadə

“Rusiya niyə Azərbaycanla düşmənçilikdə maraqlı olsun ki?” – Zərdüşt Əlizadə

“Türkiyə ordusu ilə birlikdə təlimlər keçərə bilərik, zabitlərimiz orada təhsil ala bilər. Hərbi əməkdaşlığımız inkişaf edə bilər.  Amma Türkiyə Ordusunun hərbi bazasının Azərbaycanda yerləşməsi üçün siyasi və hərbi zərurətin olduğunu görmürəm.  Bunu NATO-da da anlayırlar. Ona görə onlar üçün də Türkiyənin Azərbaycanda  hərbi bazasının olması cəlbedici deyil”.
Turkustan.info xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə Ordusunun Azərbaycanda varlığının  Ankaranın üzv olduğu NATO-nun da  maraqlarına cavab verib-vermədiyinə aydınlıq gətirərkən politoloq Zərdüşt Əlizadə deyib:
“Türkiyə ordusunun Azərbaycanda yerləşməsi prinsip etibarı ilə hansısa məqsədə xidmət etməlidir. Məsələn, Rusiyanın Ermənistandakı hərbi bazasının mahiyyəti  Kremldə oturanların qənaətinə görə, Türkiyənin bu ölkəyə hərbi hədələrinin qarşısını almağa yönəlib.  ABŞ-ın da çoxsaylı xarici dövlətdə hərbi bazaları mövcuddur. Bunlar hamısı konkret hərbi-siyasi məqsədlərə xidmət edir.  Azərbaycana indilikdə hansısa hərbi təhlükə yoxdur”. 
Politoloq onu da qeyd etdi ki, Azərbaycan Qoşulmamaq Hərəkatına qoşulduğundan burada hər hansı bir xarici hərbi bazanın olmasına ehtiyac yoxdur: 
“Ermənistandan gələn təhlükəni 44 günlük müharibədə puç etdik. Rusiya təhlükəsinə gəldikdə, Bakı bunu Moskva ilə mehriban qonşuluq və əməkdaşlıq münasibətlərilə neytrallaşdırılıb.  Bakı Gürcüstan, Ukrayna, Moldova kimi Rusiyaya düşmən olan NATO-ya üzv olmaq istədiyini elan etsə, onda real təhlükə yarana bilər. Bu fonda Rusiyadan gələ biləcək hər hansı təhlükənin almaq üçün Türkiyə Ordusunun Azərbaycanda olması yaxşı olardı. Amma indilikdə belə bir şey yoxdur.  Azərbaycanın siyasi xətti qoşulmamaq hərəkatıdır. Belə olan halda Rusiya niyə Azərbaycanla düşmənçilikdə maraqlı olsun ki?”

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle