Əlilliyə görə pensiyalar niyə dayandırılıb – Nazirlikdən və deputatdan açıqlama

Əlilliyə görə pensiyalar niyə dayandırılıb – Nazirlikdən və deputatdan açıqlama

Vətəndaş: “Bunlar fikirləşmirmi ki, bu vətəndaş nə yeyir, nə ilə dolanır?”

Fazil Talıbov: “Onlar bilməlidirlər ki, müddətli əlilliklərinin vaxtı nə vaxt bitir”

Vuqar Bayramov: “Bizə də bununla bağlı şikayətlər daxil olub və onları müvafiq dövlət qurumlarına göndərmişik”

Əlillik dərəcəsinə görə pensiya alan vətəndaşlardan redaksiyamıza şikayətlər daxil olub. Şikayətçilərin sözlərinə görə, əlillik dərəcəsinin yenidən yoxlanması prosesi aylardır davam edir və onlar bu müddət ərzində pensiyalarını ala bilməyiblər.

Şikayətçilərdən Şair Məmmədov 3-cü qrup əlildir. Onun sözlərinə görə, fevral ayından “Forma 88”-i təqdim etsə də, yoxlama hələ də davam edir: “Gözümü bu pensiyaya dikmişəm. Mart ayını ala bilmədim, indi də aprel ayının pensiyası “bu gün verilər, sabah verilər” deyə gözləyirəm. Bunlar fikirləşmirmi ki, bu vətəndaş nə yeyir, nə ilə dolanır? Nazirlikdə dedim ki, qarşınızdayam, kommisiya baxsın, araşdırma aparılsın, nəticə də bəlli olsun. Dedilər ki, “sizlik bir lüzum yoxdur, gözləyin”. Nə qədər gözləmək olar?”.

AYNA vətəndaşların şikayəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbova sual ünvanlayıb, yaranmış problemin səbəbini öyrənməyə çalışıb. O deyib ki, əlillik dərəcəsinin bitmə ərəfəsində vətəndaşlar qanunvericiliyin tələbinə uyğun olaraq müraciət etməlidirlər.

Fazil Talıbov:

“Bəzi hallarda əlillik müddəti başa çatan şəxslər bu barədə məlumatsız olurlar. Onlarda olan sənədlərə əsasən bilməlidirlər ki, müddətli əlilliklərinin vaxtı nə vaxt bitir. Onlar həmin ərəfədə yenidən yerli səhiyyə müəssisəsinə gedib e-sistemə göndəriş göndərtməlidirlər və yenidən əlillik qiymətləndirilməlidir. Bu, qanunvericiliyin tələbidir”, – Nazirlik sözçüsü bildirib.

Əlilliyin yenidən qiymətləndirilməsinin nə qədər müddət davam etməsi ilə bağlı sualımızı isə Talıbov belə cavablandırıb: “Şəxs əvvəlcə tibb müəssisəsinə getməli, oradan “Forma 88” sənədi elektron göndərilməlidir. Sənəddə fərdi məlumatlar adsızlaşdırılır və 3 fərqli Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) qiymətləndirməyə göndərilir. Yekun qərar göndərişdə yazılanlardan və araşdırmadan asılı olaraq 1 (bir) ay və daha çox müddətə verilə bilər. Mübahisəli məqam olanda əyani müayinə üçün komissiya təşkil olunur və şəxs komissiyaya dəvət olunur”.

Problemlə bağlı AYNA-ya danışan Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin üzvü Vüqar Bayramov qeyd edib ki,  bu məsələ ilə bağlı onlarda da xeyli müraciətlər var: “Həmin müraciətlərlə bağlı uyğun dövlət qurumlarına sorğular göndərmişik və müzakirələr aparmışıq. Düşünürəm ki, bu istiqamətdə elektron xidmətlərin tətbiq olunması yaxşı haldır, amma elektron xidmətlərin tətbiqindən sonra, xüsusən də ilkin mərhələdə məlumatların daxil edilməsində problemlər müşahidə olunur. Bu səbəbdən də müraciət edənlər arasında bir qism insana neqativ cavab gəlməsinin səbəblərindən biri məlumatların düzgün doldurulmaması ilə əlaqələndirilir. Ona görə də biz təklif edirik ki, əvvəla, burada institusional islahatlar həyata keçirilsin”.

İqtisadçı Vüqar Bayramov 71% səs çoxluğu ilə qalib gəldi, seçicilərə  müraciət etdi

“Bir sıra ölkələrdə olduğu kimi bu məsələ ilə bağlı vahid strukturun formalaşdırılması daha məqsəduyğun olardı. Prosesin vahid struktur çərçivəsində idarə olunması qərarların çevik verilməsinə gətirib çıxara bilərdi. İkincisi, daha məqsəduyğun olardı ki, bu işə məsul olan qurumlar həm də səyyar görüşlər keçirsin. Elektron müraciətlə yanaşı, səyyar görüşlərin keçirilməsi, xüsusən də fərqli bölgələrimizdə məsələlərin yerində öyrənilməsi məqsədəuyğun olardı. Bu zaman təbii ki, mövcud çətinliklər, eyni zamanda bir sıra hallarda imtina verilməsinin səbəblərinin araşdırılmasına səyyar görüşlər imkan yarada bilərdi”, – deyə deputat bildirib.

Bayramov əlavə edib ki, bütövlükdə bu istiqamətdə istitusional islahatların davam etdirilməsi ilə yanaşı həm də nəzarətin gücləndirilməsinə ehtiyac var: “Bəzi hallarda, xüsusən də məlumatların yanlış daxil edilməsi halları baş verir və yaxud da şəxsin xəstəliyi tam olaraq göstərilmir. Bu da imtinaya səbəb olur. Buna görə də nəzarət hökmən güclənməlidir ki, bu sahədəki şikayətlərin sayını azaltmaq və bu istiqamətdə ədaləti tam bərpa etmək mümkün olsun”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle