Ukrayna və Türkiyə müdafiə nazirlikləri razılığa gəldilər

Ukrayna və Türkiyə müdafiə nazirlikləri razılığa gəldilər

Türkiyə və Ukraynanın müdafiə nazirləri müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafında irəliləyiş olduğunu vurğulayaraq onların bundan sonra da dərinləşdirilməsi barədə razılığa gəliblər. 

Ukrayna Müdafiə naziri Andrey Taran Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşündə “Bayraktar” PUA-larının tədarükünü, layihələrin inkişaf etdirilməsi məsələsini müzakirə edib.

Turkustan.info bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, şənbə günü Ukrayna Prezidenti Vladimir Zelenski nümayəndə heyəti ilə birlikdə Türkiyəyə işgüzar səfər edib.

“İki qurumun müdafiə qurumlarının rəhbərləri hərbi-texniki əməkdaşlığın ikitərəfli inkişafı məsələsini ayrıca müzakirə etdilər. Söhbət zamanı ötən ilin dekabrında imzalanmış “korvet” sinifli gəmilərin tikintisi, “Bayraktar” pilotsuz uçuş aparatlarının və hərbi sursatların tədarükü barədə müqavilələrin gerçəkləşdirilməsi, eləcə də digər, xüsusilə aviasiya sahəsində layihələrin inkişafı perspektivləri nəzərdən keçirilib”, – məlumatda bildirilir.

Qeyd olunur ki, Türkiyə və Ukraynanın müdafiə nazirləri müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafında irəliləyiş olduğunu vurğulayaraq onların bundan sonra da dərinləşdirilməsi barədə razılığa gəliblər. 

Görüşün sonunda Taran Türkiyə Milli Müdafiə nazirini Ukraynanın müstəqilliyinin 30 illiyi münasibətilə keçiriləcək mərasimə dəvət edib.      /sputnik.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle