“Açıq havada maska taxmağı tələb etməyin heç bir mənası yoxdur” – Həkim

“Açıq havada maska taxmağı tələb etməyin heç bir mənası yoxdur” – Həkim

“Qapalı mühitdə maska taxılması bir şərtdir, lakin buna baxmayaraq, bu gün kifayət qədər geniş olan bir şəbəkə-restoranlar, ictimai iaşə müəssisələri, kafelərdə və s. insanlar saatlarla oturub maskasız əylənir, söhbət edir. Bayıra çıxanda isə maska taxmaq tələb olunur. Bu, tam absurddur”.
Turkustan.info xəbər verir ki, sosial şəbəkələrdə “Nəfəs alaq” kampaniyasının keçirilməsinə münasibət bildirən professor Adil Qeybulla bu sözləri Yenisabah.az-a açıqlamasında deyib.
Həkim vurğulayıb ki, qapalı mühitdə maska geyinməmək imkanı varsa, açıq havada maska taxmağı tələb etməyin heç bir mənası yoxdur:
“O baxımdan insanların etirazı məntiqli görünür. Hesab edirəm ki, əgər hansısa dəyişiklik və qadağalardan söhbət gedəcəksə, biz karantin tədbirlərinə yenidən baxıb bəzi nüansları nəzərə almalıyıq. Digər tərəfdən, ümumiyyətlə, epidemioloji vəziyyətdən asılı olaraq yumuşalma və ya sərtləşmə ola bilər. Vəziyyətin pisləşəcəyi təqdirdə lokdaun ola bilər. Amma yaya doğru açıq havada masqa taxılması məsələsində diqqətli olmaq lazımdır. İnsanlar artıq bundan beziblər. Təsəvvür edin ki, insan restoranda oturur, neçə saat qida qəbul edir, söhbət edir, sonra çıxanda maska geyinir, halbuki bayırda yoluxma ehtimalı daha aşağıdır. Bütün bunlara təzədən baxılmalıdır”.
Ramazan bayramı və bununla əlaqədar insanların davranış məsələsinə gəldikdə isə professor bildirib ki, bayram zamanı oruc tutmaq bütün nəfslər üzərində bir nəzarətdir:
“Bu, çox mükəmməl bir dini ayindir və düşünürəm ki, bunu icra edənlər psixoloji cəhətdən tam hazır olmalıdır. Xüsusilə də risk qrupuna aid olan xəstəliyin daşıyıcısı olanlar oruc tutmaqdan azaddır. Amma sağlam, koronavirusa yoluxmamış şəxslər oruc tuta bilərlər, bir şərtlə ki, normal, keyfiyyətli qidalanmağa diqqət eləsinlər, xəstələndikləri təqdirdə də dərhal müalicəyə başlasınlar. Əks halda məqsədəuyğun deyil. Ramazan bayramı zamanı digər ayinlərin icra olunması, məscidlərdə kütləvi namaz qılınması isə təbii ki, olmaz. Bu, yalnız fərdi şəkildə həyata keçirilə bilər”.  /Medicina.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle