Azərbaycanlı “qanuni oğru”ların ən səs-küylü qətlləri – VİDEO

Azərbaycanlı “qanuni oğru”ların ən səs-küylü qətlləri – VİDEO

Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan Əli Heydərovun Rusiyada qətlə yetirilməsindən sonra növbəti dəfə diqqət kriminal aləmə yönəlib. Bununla da daha bir kriminal aləm üzvü yaşa dolmadan, sui-qəsd nəticəsində həyatla vidalaşıb.

Turkustan.info xəbər verir ki, 40 yaşlı Albert Rıjiy sui-qəsd nəticəsində öldürülən ilk “qanuni oğru” deyil. Böyük ehtimalla bu, sonuncu da olmayacaq.

Qeyd edək ki, ayrı-ayrı zamanlarda və müxtəlif ölkələrdə bir çox kriminal avtoritet silahlı hücum zamanı qətlə yetirilib. Onların arasında azərbaycanlı olan nüfuzlu “qanuni oğru”lar da az deyil.

Dünən idman zalında qətlə yetirilən Əli Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olmuşdu. O, 1996-cı ildə Azərbaycandan Rusiyaya köçmüş və müxtəlif illərdə həbs həyatı yaşadıqdan sonra “Ded Xasan” klanı tərəfindən 2002-ci ildə “qanuni oğru” adına layiq görülmüşdü.

Buna qədər “Lotu Quli” kimi tanınan Nadir Səlifov da Türkiyədə qətlə yetirilmişdi. O, 20 avqust 2020-ci ildə gecə saatlarında Türkiyənin Antalya şəhərində güllələnib. Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub. “Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilir ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var.

Dörd il əvvəl – 2016-cı ilin 18 avqust tarixində azərbaycanlı kriminal avtoritet, “qanuni oğru” Rövşən Rafiq oğlu Canıyev qətlə yetirilmişdi. 17 yaşı olarkən polis işçisi olan atası, o zaman Azərbaycanda fəaliyyət göstərən kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən qətlə yetirilib.1996-cı ildə məhkəmə zalında atasının qatili Canıyev ailəsinin üzvlərini ölümlə təhdid edir və zalda əyləşən Rövşən Canıyev elə məhkəmə zalındaca qatili bu sözlərinə görə güllələyərək qətlə yetirib.

2009-cu ilin dekabrın 3-də Ukraynada həbs olunaraq dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. 2010-cu ildə Bakıda qanunsuz silah saxlama maddəsi ilə haqqında cinayət işi açılıb. Dövlət ittihamçısı Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib. 2012-ci ildə Dubayda 3 bıçaq yarasından, 2013-cü ildə isə Türkiyədəki sui-qəsd cəhdindən sağ qurtulub. 18 avqust 2016-cı ildə isə İstanbulda baş tutan növbəti sui-qəsd nəticəsində öldürülüb.

Sui-qəsd nəticəsində öldürülən azərbaycanlı “qanuni oğru”lar sırasında “Lotu Hikmət” kimi tanınan Hikmət Muxtarov da var. O, da güllələnərək öldürülən kriminal aləm üzvləri siyahısındadır. 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olan Hikmət Muxtarov 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib. Qatillər o ofisdən çıxıb binanın yanında duran Mercedes-500 markalı maşınına minmək istərkən ona avtomat və tapançadan atəş açıblar.

(BAKU.WS)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle