Bayden Quran ayəsindən sitat gətirdi: “Allah göylərin və yerin nurudur”

Bayden Quran ayəsindən sitat gətirdi: “Allah göylərin və yerin nurudur”

ABŞ Prezidenti Co Bayden Ramazan ayının başlaması ilə əlaqədar açıqlama verib.

Turkustan.info xəbər verir ki, Amerika lideri müsəlmanlara qarşı qərəz və hücumların qəbuledilməz və dayandırılması lazım olduğunu deyib.

“Çindəki uyğurlar, Myanmadakı arakanlı müsəlmanlar və bütün dünyadakı müsəlman cəmiyyətləri də daxil olmaqla insan haqlarını müdafiə etməyə davam edəcəyəm. Həyat yoldaşım Jill və mən ABŞ-dakı və dünyadakı müsəlmanlara səmimi təbriklərimizi və arzularımızı göndəririk. Xeyirli ramazanlar”.

O, müsəlmanların ABŞ-ın ictimai-siyasi həyatında mühüm rol oynadıqlarına diqqət çəkib:

“Ancaq müsəlmanlar hələ də zorakılıq, təəssübkeşlik və nifrət cinayətlərinin hədəfindədirlər. Bu qərəz və hücumlar səhvdir. Bunlar qəbuledilməzdir, dayandırılmalıdır. Amerikada heç kim qorxu içində yaşamamalıdır”.

Bayden işə başladığı ilk gündə bəzi müsəlman ölkələrinə səyahət qadağasını ləğv etməsindən qürur duyduğunu bildirib.

Müsəlmanların qarşısında ümid dolu günlərin olduğunu deyən Bayden bir Quran ayəsindən sitat gətirib: “Allah göylərin və yerin nurudur”. (teleqraf.com)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle