“Bu işin başında Putin durub” – Zərdüşt Əlizadə

“Bu işin başında Putin durub” – Zərdüşt Əlizadə

“Bunun günahı Rusiyanın özündədir. Rusiya hakim zümrəsi anti-rus ünsürlərdən ibarətdir. Onlar Rusiyanı qarət edirlər və rus dövlətinin, xalqının inkişafı haqqında düşünmürlər. Bu işin başında da Putin durub. Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar, Rusiyanı xilas edəcəklərini deyirlər və s.”.

Turkustan.info xəbər verir ki, bunu Azpolitika-ya müsahibəsində politoloq Zərdüşt Əlizadə deyib. O, Rusiya ilə Ukraynanın müharibə vəziyyətini şərh edib. Bildirib ki, məmurlar xalqdan və dövlətdən oğurladıqlarını da Qərbə göndərirlər, ailələri, yaxınları da oradadır. 

“Belə bir dövlət qonşuları üçün nümunə ola bilməz. Nümunə olmadığı üçün də bu xalqlar Rusiyaya bənzəmək, onunla birlikdə olmaq istəmirlər. Əksinə, Rusiyadan uzaqlaşmağa çalışırlar. Rusiya da bunu qəbul etmək istəmir. Bu səbəbdən də ciddi ziddiyyətlər meydana gəlib. 

Amma Rusiyanın da köhnə imperiya üsulları ilə idarə etmək imkanları sonsuz deyil. Bu imkanlar tədricən tükənir. Odur ki, Rusiya qonşu ölkələrlə münasibətlərində qarşıdurmaya gedir. Ən parlaq misal da Rusiyanın Ukrayna ilə indiki münasibətləridir”.

Z. Əlizadə hesab edir ki, müharibə olmayacaq: “Rusiyaya müharibə lazım deyil, çünki Ukraynada müharibəyə girişsə daha ağır itkilərə məruz qalacaq. Rusiya sadəcə, gərginliyi artırır, qarşı tərəfi hədələyir. Orada Rusiyanın 30 minə qədər qoşunu var. Bir az da Cənub Hərbi Dairəsinin ordusu var. Bunlar hamısı təzyiq vasitəsidir, rusların müharibə aparmaq fikri yoxdur.

Moskva nə istədiyini açıq şəkildə deyib. Ukraynaya deyib ki, sən NATO-nun üzvü olmayacaqsan, əgər olsan, səni məhv edəcəyəm. NATO da Ukraynaya deyir ki, səni üzvlüyə qəbul etməyəcəyəm. Amma Kiyev NATO-ya deyir ki, “sən məni sevməsən də, mən səni sevəcəyəm”. Ukrayna NATO-ya daxil olsa, bu zaman gətirib oraya elə raketlər qoyacaqlar ki, onlarla 2-3 dəqiqəyə Moskvanı vurmaq olacaq. Bu halda Rusiyanın 100 milyardlarla rubl xərcləyib qurduğu anti-raket sistemlərinin dəyəri olacaq bir qəpik.

Ukrayna təhlükəsizliyini təmin etmək istəyirsə Rusiya ilə də normal əlaqə qurmalı, onun da maraqlarını nəzərə almalıdır. “NATO-ya gedirəm” deyən kimi Krımı itirdi, Donbasda münaqişə yarandı, düşmən doldu bu ərazilərinə, Rusiya bazarını itirdi, sənaysi, elmi dağıldı, xalqı zəif düşdü. Əgər istəyirsənsə, belə də davam et…”. 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle