Hikmət Babaoğlu: Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı ən yüksək səviyyədədir

Hikmət Babaoğlu: Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı ən yüksək səviyyədədir

“Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı ən yüksək səviyyədədir”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Hikmət Babaoğlu bildirib ki, qazilərin müalicəsinin təmin olunması, şəhid ailələrinin sosial müdafiəsinin  gücləndirilməsi istər dövlətin müvafiq qurumları, istərsə də müxtəlif fondlar vasitəsilə çoxsaylı tədbirlər həyata keçirilir. Millət vəkilinin sözlərinə görə, ayrı-ayrı hallarda  şəhid ailələrinə və qazilərə qarşı hansısa məmurların səhlənkarlığı varsa, bu, əsla  dövlətin siyasəti ilə əlaqələndirilməməlidir: “Dövlətin siyasəti birmənalıdır,  Azərbaycan Prezidentinin mövqeyi dəqiqdir. Bu məsələdə hər bir məmur, deputat, eləcə də vətəndaş öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir”.

“Şübhəsiz ki, XXI əsr həm də informasiya müharibələri əsridir. Bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işi davam etdirilməlidir. Ona görə də yeni informasiya resurslarının yaradılması, milli informasiya ehtiyatlarımızın fəaliyyətinin koordinasiya edilməsi aktualdır. Hazırda “Media haqqında” yeni qanun layihəsi hazırlanır. Qanun layihəsi təqdim olunanda bir daha aydın olacaq ki, bu sahədə nə qədər böyük işlər görülməlidir. Hesab edirəm ki, hazırkı qlobal çağırışlara cavab verəcək bir qanun layihəsi hazırlanacaq və müzakirəyə çıxarılacaq. Yəni dövlətin informasiya siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə  çatdırılması siyasəti qanunla əsaslandırılmaqla kompleks şəkildə fəaliyyətin daha da optimallaşdırılmasını təmin edəcək. Azərbaycan Prezidenti bütün çıxışlarında ermənilərin dövlətimiz əleyhinə informasiya təxribatlarına qarşı çox əsaslandırılmış cavablar verir. Bu gün dövlət başçısı ADA Universitetində xarici media nümayəndələrinin suallarını cavablandırıb. Azərbaycan Prezidenti regionda baş verən proseslərlə bağlı fikirlərini bildirdi, dövlətimizin mövqeyi ilə bağlı mesajlar verdi”,-deyə deputat vurğulayıb.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle