O park bəlkə bir gün olmayacaq…

O park bəlkə bir gün olmayacaq…

Aqil CAMAL 
Haqqında bəzi fərqli fikirlər səsləndirilən Hərbi Qənimətlər Parkı ilə bağlı qısaca:
 Bu sərgi bu gün bizə lazımdır. Ordumuzun, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığının bizə qazandırdığı Zəfəri maddi formada da görmək, qürurlanmaq, 200 ildir yaşadığımız məğlubiyyət kompleksindən nəhayət qurtulmaq üçün. Bu qalibiyyət düşüncəsi Qarabağda yarımçıq qalmış işimizin başa çatdırılması üçün bizə gərək ən güclü silah olacaq.
 Bu sərgi ermənilər üçün də lazımdır. 30 il əvvəl qeyri-bərabər şərtlərdə qazandıqları “qələbə”nin, əslində 44 günlük canı olduğunu qəbullanmaları üçün. Bu sərgini biz göstərməsək, heç kim onlara göstərməyəcək. Nə məğlub erməni hökuməti, nə də hərb sənayesi xəcil olmuş rus dəstəkçiləri.
 Bu sərgini dünyanın da görməsi lazımdır. Dost da, düşmən də. “Bir ovuc erməninin əlində qalmısınız” deyənlər də…
 Məncə, nə vaxtsa, bu sərgi, bu park indiki halında mövcud olmayacaq. Oradakı hərbi texnika günün, yağışın altında indiki kimi qala bilməz. Bir vaxt hamısı yığışdırılıb “metallom”a veriləcək. Saxlanılması zəruri elementlər də Zəfər Muzeyinə.
 Əgər Ermənistan, ermənilər gələcəyə açıq gözlə baxsalar, bölgəyə, qonşulara münasibətlərini tamamilə və birdəfəlik pozitiv yöndə dəyişsələr, bu proses daha da sürətlənə bilər.
 İndiliksə xalqımız, gənclərimiz, uşaqlarımız o parka gedərək ürəklərindən bir dəfə “oxayy” çıxarmağı haqq edirlər.
 Sərgi haqqında guya “dünyəvi baxış” sərgiləyənlər isə o dəmir qırıntılarına və cansız müqəvvalara acımaqdansa, ermənilərin Azərbaycan xalqının gözünü qırmaq üçün təkcə Xocalıda insan ətindən yaratdıqları sərgiyə baxsınlar… Və bu xalqdan utansınlar!
Bir də Ermənistanda məşhur erməni terrorçularına ucaldılmış heykəllərdən…

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle