İcbari tibbi sığorta haqqı nə qədər və nə zaman ödənilməlidir? – İZAHLI QAYDALAR

İcbari tibbi sığorta haqqı nə qədər və nə zaman ödənilməlidir? – İZAHLI QAYDALAR

Xəbər verdiyimiz kimi, aprel ayının 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində icbari tibbi sığorta xidmətlərinin tətbiqinə başlanılıb və nəticədə icbari tibbi sığortanın tətbiqi bütün ölkə əhalisini əhatə edib.
Turkustan.info xəbər verir ki, “Tibbi sığorta haqqında” Qanunun tələblərinə əsasən, muzdla (əmək müqaviləsilə) işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla vergi ödəyicisi kimi vergi uçotuna alınan fiziki şəxslər – fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri tərəfindən icbari tibbi sığorta haqqı ödənilməlidir.
1.  Dövlət və neft sektorunda çalışan şəxslər ayda 8000 manata qədər əmək haqqı alırsa həm işçi, həm də işəgötürən bu məbləğin 2%-i həddində sığorta haqqı ödəməlidir. Əmək haqqının 8000 manatdan yuxarı olan hissəsi üçün isə həm işçi, həm də işəgötürəndən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 
Nümunə:  dövlət sektorunda çalışan işçi ayda 730 manat əmək haqqı alır: Bu zaman həm işçi, həm də işəgötürən tərəfindən hər ay 14,6 manat (730×2%) icbari tibbi sığorta haqqı əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam şəkildə  ödənilməlidir.
2.  Qeyri-dövlət (özəl sektor) və qeyri-neft sektorunda çalışan şəxslər isə 8000 manata qədər əmək haqqı alırsa həm işçi, həm də işəgötürən bu məbləğin 1%-i həddində sığorta haqqı ödəməlidir. Əmək haqqının 8000 manatdan yuxarı olan hissəsi üçün isə həm işçi, həm də işəgötürəndən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən sonra özəl sektorda çalışan şəxslərdə əmək haqqının 2%-I məbləğində sığorta haqqı ödəyəcək.
Nümunə: özəl sektorda çalışan işçi ayda 850 manat əmək haqqı alır: Bu zaman həm işçi, həm də işəgötürən tərəfindən hər ay 8,5 manat (850×1%) icbari tibbi sığorta haqqı əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam şəkildə  ödənilməlidir.
3.  Sahibkarlıq fəaliyyətilə məşğul olanlar, yəni VÖEN sahibləri fəaliyyətlərini müvəqqəti dayandırmayıblarsa (VÖEN aktivdirsə) hər ay 10 manat (minimum aylıq əməkhaqqının 4%-i) icbari tibbi sığorta haqqı ödəməlidirlər. Sığorta haqqı ilə bağlı bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
4.  Eyni zamanda həm muzda işləyən (əmək müqaviləsi), həm də VÖEN-i olan şəxs hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta haqqı ödəməlidir.

(yeniavaz.com)

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle