“İsgəndər-M”lə bağlı Rusiyanın cavabı nə olacaq? – “Deyəcəklər ki, guya 102-ci briqada keşikçiləri…”

“İsgəndər-M”lə bağlı Rusiyanın cavabı nə olacaq? – “Deyəcəklər ki, guya 102-ci briqada keşikçiləri…”

Kremlin sözçüsü Dmitri Peskov “İsgəndər-M” raketlərinin qalıqlarının aşkar edilməsi mövzusunun Rusiya və Azərbaycan hərbçiləri arasında davam edən “sıx dialoqda” müzakirə edildiyini deyib.
Bu, sözügedən raketin ermənilər tərəfindən istifadə edilib edilməməsi ilə bağlı araşdırmanın baş tutacağı anlamına gəlir. Maraqlıdır, Rusiyanın yekun qənaəti nə olacaq?
Turkustan.info xəbər verir ki,  sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzu ilə bağlı Sfera.az-a danışıb. Politoloq rusların reallığı etiraf etməyəcəyini bildirib:
“Çox güman ki, ruslar bir müddət gözə “kül üfürməklə” məşğul olacaqlar. Sonda isə böyük ehtimalla deyəcəklər ki, guya 102-ci briqada keşikçiləri ayıq-sayıq olmayıb buna görə də ermənilər “İsgəndər-M” raketinin bir neçəsini götürüb aparıblar. Yaxud da əvvəldən açıqlama verdikləri kimi deyəcəklər ki, belə bir şey olmayıb. Rusların nələr fikirləşəcəyini tam dəqiqliklə proqnozlaşdırmaq olmur. Amma istənilən halda reallığı etiraf etməyəcəklər”.
Müsahibimizin sözlərinə görə, Rusiya tərəfi reallığı etiraf edərsə, bir yox, bir neçə şəxs çətin vəziyyətə düşəcək: “Rusiya beynəlxalq konvensiya imzalayıb. Beynəlxalq konvensiyada göstərilir ki, uçuş məsafəsi 280 kilometrədək olan ortamənzilli raketlərdən istifadə etmək olar. Onların istifadə etdiyi raketlər isə 500-600 km uçmağı bacarır və insanlıq üçün ciddi təhlükə yaradacaq gücdədir. ABŞ vaxtı ilə “İsgəndər-M” raketinin istifadəsini qadağan edib, görünən odur ki, Rusiya hələ də bu raketlərdən imtina etmir.

“İsgəndər-M” raketindən kim istifadəyə əmr verirsə, ona qarşı beynəlxalq səviyyədə cinayət işi açmaq olar. Bundan başqa koordinatı müəyyən edən, atəş açan şəxslər də məsuliyyət daşıyır. Raketin Azərbaycana qarşı istifadəsini göstəriş verən adam siyasi hakimiyətə malik olan adam olub. Beynəlxalq tribunal qarşısında ona qarşı cinayət işi açılmalı və bu işin tribunal işçiləri tərəfindən həlli ilə bağlı iddia qaldırılmalıdır”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle