“Muradov Bakıya erməni terrorçuları aparmağa gəlmişdi, amma arzusu ürəyində qaldı”

“Muradov Bakıya erməni terrorçuları aparmağa gəlmişdi, amma arzusu ürəyində qaldı”

MSTM sədri: “Moskvada bir vərdiş halına çevrilib ki, onların istədikləri hər zaman həyata keçəcək”

Aprelin 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Qarabağdakı vəziyyət, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanat və 11 yanvar 2021-ci ildə qəbul olunmuş sənədlərin icrası məsələləri də müzakirə olunub. Liderlərin görüşündən sonra hansısa razlaşma haqqında məlumat verilməsə də, belə iddialar var ki, Paşinyan Putindən Azərbaycanda saxlanılan erməni terrorçuların qaytarılmasına kömək xahişi edib.

Səsləndirilən iddialar nə dərəcədə doğrudur – konkret nəsə söyləmək çətindir. Amma görüşdən bir gün sonra Ermənistan mediasında belə xəbər yayıldı ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov erməni tərəfinin “hərbi əsir” adlandırdığı terrorçuları Bakıdan təhvil alıb İrəvana aparır. Hətta, yüzlərlə erməni İrəvan aeroportunda Muradovun təyyarəsini gözlədilər ki, içərisindən İkinci Qarabağ müharibəsi bitdikdən sonra ərazilərimizdə yaxalanan terrorçular çıxacaq. Lakin bu, baş vermədi – rəsmi Bakı terrorçuları Ermənistana vermədi. Çünki aprelin 8-i axşam saatlarında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıqlamasında təkrar etdi: “Azərbaycanda hərbi əsir yoxdur”.

General Muradov isə aprelin 8-də Bakıdan İrəvana erməni əsirlərin aparılacağının gözlənildiyi barədə yayılmış məlumatları təxribat adlandırdı. Belə ki, Ermənistanın “Hraparak.am” saytının əməkdaşı İrəvanda rusiyalı generala Azərbaycanda saxlanılan erməni terrorçuların nə üçün qaytarılmadığı barədə sual verib. Jurnalistin “Nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi” sualına cavabında Muradov deyib ki, bu, yalan və təxribatdır: “Onlardan soruşun. Onlar xalqı aldadırlar. Bu, planlaşdırılmış, adi səfər idi”.

Sözügedən məsələlərlə bağlı AYNA-nın suallarını cavablandıran Milli Strateji Tətqiqatlar Mərkəzinin (MSTM) sədri, politoloq Natiq Miri maraqlı məqamlara toxunub. Öncə Paşinyanın Moskva səfəri və Putinlə görüşünə münasibət bildirən analitik qeyd edib ki, görüşün əsas məsələsi 20 iyunda Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri olub:

Natiq Miri: “Ərdoğanın Azərbaycana səfəri çərçivəsində hakimiyyətdə təmsil  edilən hizmət hərəkatının nümayəndələri ilə bağlı çox ciddi müzakirələr  aparılacaq`

– Bu gün Paşinyan hər şeydən çox özünün hakimiyyətini və gələcək perspektivini düşünür. Ermənistan Baş nazirinin Moskva səfərindəki əsas hədəfi məhz hakimiyyətini qoruması məsələsi idi. Paşinyanın Putinlə görüşündən öncə onun əsas rəqibi, sabiq Prezident Robert Köçəryan Putinlə videogörüntülü görüş keçirdiyi informasiyası yayıldı. Onun dalınca Köçəryan Rusiya mediasına, Putinə yaxınlığı ilə seçilən Poznerə müsahibə verdi və müsahibəsində Ermənistanda hakimiyyətə qayıtmaq iddiasını irəli sürdü. Təbii ki, bu, təsadüfi deyil. Rusiya dövləti bununla həm Ermənistan cəmiyyətinə mesaj ötürdü, həm də Paşinyandan almaq istədiyi bir çox vədləri xatırlatdı. Əsas müzakirə də məhz bu kontekstdə olub. Təbii ki, Qarabağ məsələsi də Putinlə müzakirəyə çıxarılıb. Həmçinin də, İrəvanın “hərbi əsir” adlandırdığı Azərbaycandakı terrorçuların qaytarılmasına da toxunulub.

Məsələ burasındadır ki, terrorçuların istənilməsi də Paşinyanın hakimiyyətdə qalmaq istəkləri baxımından bir komponentdir, seçki prosesinin bir elementidir. Nikol erməni terrorçularını Azərbaycandan almaqla bundan seçki təbliğatında istifadə etməyə can atır. Çünki terrorçular Azərbaycandan təhvil alınarsa, bu, cəmiyyətə Paşinyanın siyasi uğuru kimi təqdim ediləcək.

– Sizcə, Paşinyanın terrorçuların qaytarılması ilə bağlı Putindən xahişinə Kreml rəhbəri müsbət yanaşıbmı?

– Təbii ki, müzakirə edilib, amma Putinlə Paşinyan arasında bu məsələdə ciddi sövdələşmə olmayıb. Ola bilsin ki, şifahi şəkildə Putin Paşinyana vəd verib. Çünki Rusiyanın bu günlərdə Baş prokuroru Ermənistana, daha sonra isə Azərbaycana səfər etdi. Yəqin ki, Baş prokurorun səfəri bu kontekstdə baş verib. Amma görünür, Azərbaycan ortaya konkret siyasi iradə qoyub və Putinlə Paşinyan arasındakı şifahi sövdələşməni pozdu. Rəsmi Bakının bu addımlarının konkret səbəbləri var. Çünki 10 noyabr Üçtərəfli Bəyanatdan irəli gələn bir çox müddəalar var, təəssüf ki, hələ də o bəndlər icra olunmayıb.

– Güman ki, erməni terrorçu dəstələrin Qarabağdan çıxarılmamasını, sülhməramlıların davranışlarını nəzərdə tutursunuz…

– Bəli. Birincisi, Rusiya sülhməramlılarının fəaliyyət sferası hələ də qanunvericilikdə təsbit edilməyib. Təəssüf ki, nə Rusiyada, nə də Azərbaycanda bu barədə qanunvericilik mövcuddur. Hesab edirəm ki, birinci növbədə buna aydınlıq gətirilməlidir ki, sülhməramlılar Qarabağda həddlərini aşmasınlar. Çünki Rusiya sülhməramlılarının indiki fəaliyyəti 1990-cı illərdə Qarabağda yerləşən Rusiya Ordusunun fəaliyyəti ilə eynilik təşkil edir. Bu gün sülhməramlılar eyni yanlışları təkrar edirlər. Bu da, əlbəttə, Azərbaycanın və ictimaiyyətimizin haqlı narazılığına səbəb olur. Eyni zamanda, 10 noyabr Üçtərəfli Bəyanatında qeyd edildiyi kimi erməni yaraqlıları Qarabağdan çıxarılmayıblar. Bunun həlli üçün sülhməramlılar barmağını belə, tərpətmirlər. Və hələ də Ermənistanla yanaşı, bir çox xarici ölkələrdən Qarabağa gedənlər çox rahatlıqla Azərbaycanın sərhədini pozurlar. Xüsusilə də Azərbaycandan icazə almadan Laçın dəhlizindən rahatlıqla Qarabağa gələnlər var. Ermənistanın əsgərləri mülki formalarda Qarabağa yerləşdirilir və Rusiya sülhməramlıları bilərəkdən buna şərait yaradırlar.

– Qarabağdakı erməni silahlı terror dəstələrinin silahlandırılması, təminatı haqqında da məlumatlar var

– Tamamilə doğrudur, o məlumatlar yanlış deyil. Məsələ burasındadır ki, onların silahlandırılmasında, təminatında sülhməramlılar aktiv rol almaqdadırlar. Bütün bu problemlər həllini tapmayıb. Düşünürəm ki, bu gün Azəırbaycanın Ermənistana əsas təzyiq vasitələrindən biri erməni terrorçularının əlimizdə olmasıdır. Bu mənada, Azərbaycanın terrorçuları Ermənistana qaytarması doğru olmazdı. Azərbaycan hakimiyyətinin məsələ ilə bağlı qətiyyətli yanaşması da, məhz bu xüsusdan irəli gəlir. Bu siyasi iradə ardıcıl və davamlı olarsa, hədəfə çata bilər. Biz bildirmişdik ki, 10 noyabr Üçtərəfli Bəyanatın imzalanması tələsik addım oldu. Söhbət Xankəndinə daxil olunmasından getmir. Bu prosesi bir neçə gün uzada bilərdik ki, bununla da Xocalı, Ağdərə kimi strateji əraziləri tamamilə ələ keçirərdik, daha sonra bəyannaməni imzalamaq olardı.

Ayrıca, bəyannamədə hədlər göstərilməli idi ki, erməni yaraqlıları təkcə Ağdam, Kəlbəcər və Laçından deyil, ümumilikdə Qarabağdan çıxarılmalıdır – həm də konkret zaman çərçivəsində. Konkret zaman göstərilmədiyi üçün sülhməramlılar vasitəsilə Ermənistan manipulyasiya edə bilir. Məncə, bu gün Qarabağda təkcə erməni əsgəri deyil, eyni zamanda, Rusiya sülhməramlıları da daim boyunlarının arxasında  Azərbaycan əsgərinin nəfəsini hiss etməlidirlər. Bununla yanaşı, Azərbaycanın qətiyyətli siyasi iradəsi davam etməlidir. Belə olmasa, Üçtərəfli Bəyanatın müddəaları tam olaraq yerinə yetirilməyəcək. Hər dəfə zaman uzanacaq, Rusiya vaxt qazanacaq və növbəti 5 illiklərdə Qarabağda qalmaq üçün süni zəmin yaradacaqlar.

 Sülhməramlıların komandanı Rüstəm Muradovun Bakıya səfəri barədə rəsmi açıqlama verilmədi, kimlərlə görüşdüyü açıqlanmadı. Özü isə İrəvanda bildirdi ki, Bakıya səfər adi səfərlərdən biri olub. Sizcə, Muradov Bakıya nə üçün gəlmişdi? Məlumdur ki, İrəvanda terrorçuları gözləyirdilər, amma Muradov Bakıdan “əliboş” getdi.

– Əlbəttə, Muradov erməni terrorçuları Ermənistana aparmaq üçün Bakıya gəlmişdi. Amma onların istəkləri, arzuları qursaqlarında qaldı. Məsələ burasındadır ki, Moskvada bir vərdiş halına çevrilib ki, istədikləri zaman arzuları həyata keçəcək. Rusiya istədi deyə, terrorçuların Ermənistana verilməsi Azərbaycan adına kobud səhv olardı. Rəsmi Bakı isə belə qətiyyətli siyasi iradə ortaya qoymaqla göstərmiş oldu ki, Rusiya bundan sonra “oldu-bitdi” ilə düşünməsin. Bu iradə çox əhəmiyyətli idi. Rusiya anlamalıdır ki, Azərbaycan dövləti özünün siyasi və geosiyasi maraqlarını müdafiə etmək qüdrətindədir.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle