Toy qadağası ləğv edilməlidir, iqtisadiyyat məhv olur – Video

Toy qadağası ləğv edilməlidir, iqtisadiyyat məhv olur – Video

Ölkədə toyların keçirilməsinə icazə verilməlidir.

Turkustan.info xəbər verir ki, bunu “ARB Xəbər”ə açıqlamasında millət vəkili Razi Nurullayev deyib. O bildirib ki, bu qadağa vətəndaşlarla polis arasında münasibətlərə də mənfi təsir edir:

“Daxili İşlər Nazirliyi orqanlarının üzərinə getməyin tərəfdarı deyiləm. Kimsə toy edirsə, onların vəzifəsi buna imkan verməməkdir. Çünki qanun belə tələb edir və onlar da vəzifələrini icra edirlər. Polisi niyə günahkar eləyək? Burada məsələnin kökü odur ki, toylara icazə verilməlidir və polislə vətandaş da üz-üzə qalmamalıdır”.

Millət vəkili onu da qeyd edib ki, toylarla bağlı qadağalar bir çox insanın işsiz qalmasına səbəb olub:

“Şadlıq evlərinin işləməməsi ucbatından yarım milyondan yeddi yüz minə qədər insan əziyyət çəkir. Çünki bir şadlıq evinin işləməsi orada yüzlərlə xidmətin, xidmətçilərin olması idi. Bu qadağalarla biz iqtisadiyyatımızı da məhv etmiş oluruq”.

 

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle