XİN başçısı: “Ukrayna heç vaxt “rus dünyası”nın bir parçası olmayacaq”

XİN başçısı: “Ukrayna heç vaxt “rus dünyası”nın bir parçası olmayacaq”

Ukrayna Qərb dünyasının bir parçasıdır və heç vaxt “rus dünyası”nın bir parçası olmayacaq.

TASS-ın verdiyi xəbərə görə, bu barədə bu gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın Qərb dünyasına, demokratik dünyaya aid olduğunu və Qərbin Ukrayna demokratiyasını və onun suverenliyini məhv etməyə imkan verməyəcəyini anlamalıdır.

“Bu çox sadə və aydın siqnaldır. Bu barədə dostlarımız və tərəfdaşlarımız Rusiyanı məlumatlandıra bilərlər. Ukrayna heç vaxt “rus dünyası”nın bir parçası olmayacaq”, – deyə Ukrayna XİN başçısı qeyd edib.

Ukraynalı nazir Rusiyanın aqressiv niyyətlərini dayandırmaq üçün əməli addımların atılmasının, o cümlədən sanksiyaların tətbiq edilməsi və Ukraynanın müdafiə qabiliyyətinə birbaşa dəstəyin göstərilməsinin zəruriliyini də vurğulayıb.    /APA/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle